SON DƏQİQƏ! Tarif Şurasından açıqlama: " Qiymət 2 dəfə..."

SON DƏQİQƏ! Tarif Şurasından açıqlama: " Qiymət 2 dəfə..."Ölkə apteklərində dərman vasitələrinin qıtlığı müşahidə olunur. Belə ki, əksər dərman vasitələrinin tapılmadığı, anbarlaırn aptekləri dərmanla təmin etmədiyi bildirilir. Tarif Şurasından məsələ ilə bağlı bildirlib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qeydiyyatından keçmiş dərman vasitələri aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır:

"Faktiki satışda olan dərman vasitəsi aktiv, satışda olmayanlar isə passiv dərman vasitəsi hesab olunur. Dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur. Ölkəmizdə gün ərzində satılan dərman vasitələrinin sayı yüz minlərlə ifadə olunur və hansısa aptekdə, hansısa ticarət adında dərman vasitəsinin olmaması "qıtlıq" demək deyil. Passiv olan dərman vasitələrinin də eynitərkibli, eyni xəstəliklərin müalicəsi baxımından müxtəlif alternativləri mövcuddur. Dərman vasitələrinin qiymətləri aydın və şəffaf mexanizmlə tənzimlənir. Mövcud mexanizmdə idxalçıların hansısa dərman vasitəsini süni şəkildə passiv vəziyyətə gətirməklə qiymət artımı üçün "təzyiq edərək" nəticə almaları mümkün deyil və bu barədə məlumatların heç bir əsası yoxdur. Dərman vasitələrinin mütləq əksəriyyətinin idxal olunduğu nəzərə alınaraq, hazırki şəraitdə əsas amil rolunda manatın məzənnəsindəki ciddi dəyişikliklər çıxış edir. Bununla belə, dərman vasitələrinin qiyməti məzənnə dəyişikliyi də tətbiq olunan mexanizmlə aydın şəkildə tənzimlənir". Şuradan bildirilib ki, məzənnədə kəskin artım olduğu təqdirdə etibarlı təchizatın təmin edilməsi, azalma olduğu təqdirdə isə istehlakçıların maraqlarının qorunması baxımından vəziyyət diqqətdə saxlanılmaqla qiymətlər manatın məzənnəsinə uyğunlaşdırılır:

"Məlum olduğu kimi, dərman vasitələri üzrə son qiymət tənzimlənməsi ötən ilin 28 noyabr tarixində həyata keçirilmiş və həmin tarixdən sonra tənzimlənmiş qiymətlərdə dəyişiklik olmayıb. Manatın hazırkı məzənnəsi də (1,7301 manat/ABŞ dolları) həmin tarixə olan məzənnəyə uyğundur. Aydındır ki, manatın məzənnəsi iki il əvvəlki səviyyədə olsaydı, dərman vasitələrinin qiyməti manatla ifadədə hazırki səviyyədən də ən azı iki dəfə aşağı olacaqdı. Dəfələrlə qeyd edilməsinə baxmayaraq, əksər hallarda bioloji fəallığa malik qida əlavələri bəzi KİV-də dərman vasitəsi kimi təqdim olunur, müxtəlif apteklərdə bir-birindən kəskin fərqlənən və yüksək qiymətlərlə satıldığı bildirilir. Bir daha vurğulayırıq ki, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə istifadə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyildir və qiymətləri digər ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət tərəfindən tənzimlənmir. Bioloji fəallığa malik qida əlavələrinin qiymətlərinin bir sıra hallarda qəpiklə ifadədə dəqiq göstərilməsi (məsələn, 15,03 manat) dövlət tərəfindən tənzimləndiyi təəssüratını yaratsa da, həmin qiymətlər dövlət tərəfindən tənzimlənmir.

Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır, üzərində və içlik vərəqlərində aydın şəkildə "dərman vasitəsi deyildir" sözləri yazılmalıdır. Reklam edilərkən də onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir. Aydındır ki, dərman vasitəsi olmadığından və qiyməti tənzimlənmədiyindən bioloji fəallığa malik qida əlavələrinin adı Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən dərman vasitələrinin qiymət cədvəlinə də daxil edilməmişdir. Dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (tariff.gov.az) "Dərman vasitələri" bölməsində, həm də İqtisadiyyat və Səhiyyə nazirliklərinin rəsmi internet səhifələrində yerləşdirilmişdir. İstehlakçılar həmin qiymət cədvəlini mobil telefonlara və planşetlərə yükləməklə elektron kitabça kimi də istifadə edə bilirlər. Beləliklə, aptekdən dərman vasitəsi alan zaman istehlakçıya qiymətin tənzimlənmiş qiymətlə eyni olub-olmadığını müəyyən etmək imkanı yaradılmışdır və fərqli qiymətlə qarşılaşdıqları təqdirdə İqtisadiyyat Nazirliyinin "Çağrı mərkəzi"nə (195-2) dərhal bu barədə məlumat vermələri xahiş olunur.

Müxtəlif ölkələrin minə yaxın müəssisəsinin istehsalı olan dərman vasitələri ölkəmizdə qeydiyyatdan keçmişdir və dərman vasitələrinin idxalı 50-dən çox fəal idxalçı tərəfindən həyata keçirilir. Dərman vasitələrinin qiymətlərinin sərbəst buraxılacağı təqdirdə daha optimal səviyyədə olacağına dair "təkliflər"lə bağlı bir daha qeyd edirik ki, dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə qiymətlərin sərbəst buraxılması nəinki qiymətlərin aşağı düşməsini təmin etmir, əksinə qiymətlərin qalxmasını stimullaşdırır. Məhz bu səbəbdən inkişaf etmiş və liberal Avropa ölkələrində də qiymətlər dövlət tərəfindən tənzimlənir. Tətbiq olunan mexanizmə əsasən, istehsalçı daha aşağı qiymətin təsdiq olunmasını istəyirsə, bunun üçün müvafiq qaydada müraciət edir və qiymət yenidən endirilir. Göründüyü kimi, mövcud mexanizmdə qiymətlərin endirilməsi istiqamətində rəqabət mümkündür. Qiymətlərin liberallaşdırılması dedikdə qiymətlərin bahalaşdırılması imkanı nəzərdə tutulursa, qiymətlərin dövlət tənzimlənməsi də məhz bunun qarşısını alır".

Tarif (qiymət) Şurası bir daha kütləvi informasiya vasitələrinə diqqətli olmağı, məsələnin sosial baxımdan həssaslığını nəzərə alaraq əhali arasında çaşqınlıq yarada biləcək məlumatları dərc etməkdən çəkinməyi tövsiyə edib.

Mənbə: cəbhə info

Xəbərlər     Baxılıb: 3891   Tarix: 14 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

hamilelikde qidalanma yaz geyimleri 2026 hamiləlik qəlyanaltı reseptləri maqazin cantalar 2026 sidik yolu infeksiyalari kosmetika porno novruz bayrami qaynana veten haqqinda bayatilar qu quşu