Son dəqiqə: Ukraynada MÜHARİBƏ BAŞLADI: Onlarla ölən və yaralanan var -(+18 VİDEO)
Ukrayna ordusu eyni vaxtda bir neçə istiqamətdən separatçı "Luqansk Xalq Respublikası"nın ("LXR") qüvvələrinə hücum edib.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda "LXR"in "xalq milisi"nin mətbuat xidmətindən bildirilib.
"Saat 11:00-a olan məlumata görə, vəziyyət gərgin olaraq qalır. Debaltsevo istiqamətindən rəqibin hücum cəhdləri dayanmır", - xəbərdə deyilir.
Daha əvvəl bildirilib ki, Kalinovka kəndi ərazidə Ukrayna hərbçilərinin hücum cəhdinin qarşısı alınıb. Separatçı tərəfinin məlumatına görə, Ukrayna tərəfindən on hərbçi ölüb, 20-si yaralanıb.
Ukrayna Ali Radasının deputatı Andrey Lazovoy dünən Svetlodarsk rayonu ərazisində gedən döyüşün görüntülərini paylaşıb. O,iddia edir ki, döyüşün kadrları Ukrayna hərbçilərindən biri tərəfindən çəkilib.
Məlumata görə, Ukrayna hərbçiləri Svetlodarskda gedən döyüşlərdən sonra yeni strateji mövqeləri tutub. Anti-terror əməliyyatları qərargahından bildirilib ki, Ukrayna hərbçiləri rəqibi hücum cəhdinin qarşısını alaraq əks-hücuma keçiblər. Separatçıların hərbi əmlak və Rusiya istehsalı olan texnikanı döyüş meydanında qoyaraq qaçdığı deyilir.
Svetlodarskda döyüşçülərdə Ukraynanın 5 hərbçisi həlak olub, 6-sı yaralanıb.









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri