Son dəqiqə:Azərbaycanlı nazir məhkəməyə xərəkdə gətirildi - Foto + Video

Son dəqiqə:Azərbaycanlı nazir məhkəməyə xərəkdə gətirildi - Foto + VideoUkrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov barəsində qətimkan tədbirinin seçilməsi üzrə məhkəmə iclası martın 5-i saat 10.00-da davam etdiriləcək.
Xanim.az apa-ya istinadən xəbər verir ki, müvafiq qərar hakim Aleksandr Borovnik tərəfindən elan edilib.
Məhkəmənin qərarı eyni zamanda vəkillərin cinayət işi ilə tanış olmaq üçün onlara vaxt verilməsinə dair vəsatətə əsaslanıb.
Korrupsiya cinayətində şübhəli bilinən Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov barəsində qətimkan tədbirinin seçilməsi üçün xərəklə Kiyevin Şevçenski rayon məhkəməsinə aparılıb. Saxlanılma zamanı infarkt keçirmiş R.Nəsirova məhkəmə binasında olduğu müddətdə iki dəfə təcili yardım briqadası çağırılıb.
Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti martın 3-də R.Nəsirovu Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsindən azad edib.
Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.
Qeyd edək ki, R. Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində "Külli miqdarda dövlət əmlakının talanması" maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça" şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.
Ali Rada A. Onişenkonun həbsinə razılıq versə də, qərar qəbul edilməzdən öncə deputat ölkədən qaçıb. A. Onişenko həmçinin dövlətə xəyanətdə şübhəli bilinir.

Xəbərlər     Baxılıb: 3187   Tarix: 05 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

turlar.az

reseptler makiyaj instagram sade makiyaj sekilleri toyluq donlar 2026 milli mətbəx sirniyyatlar qan qruplari kosmetika narin faydasi qiz burcu azərbaycan yumurta novruz bayramına aid hakışda