Sosiska və kolbasanın tarixi

Sosiska və kolbasanın tarixiSosiska və kolbasa istehsalının uzun, təxminən iki min illik tarixi vardır. Keçmişdə müasir dövrdə olduğu qədər cürbəcür forma və növlər olmasa da, istehsalın ümumi cizgiləri məhz o zaman meydana gəlməyə başladı. Ötən yüz illiklər ərzində kolbasalar və sosiskalar müasir insanın menyusunun zəruri hissəsinə çevrilib. Kolbasaya oxşayan yemək haqqında ilk məlumat "The Orya" və ya "The Sausage" qədim yunan pyesində verilib. Bu pyes eramızdan əvvəl 500-cü ildə yazılıb. Ondan sonra bu sözə tez-tez yunan yazılarında rast gəlinir. Katolisizmin çiçəkləndiyi dövrdə bu məhsul dindarlar üçün ən sevimli yeməklərdən birinə çevrildi. Bayramlarda ondan çox istifadə edirdilər.
Sosiska və kolbasanın tarixiMüasir "kolbasa" (sausage) sözü "salsus" latın sözündən əmələ gəlib, duzlu deməkdir. Çox güman ki, keçmiş vaxtlarda bu terminin daha geniş mənası olub və bizim təsəvvürümüzdə olduğu kimi yalnız sosiska və kolbasanı deyil, bütün duzlu və ya sadəcə konservləşdirilmiş əti bildirirdi. O vaxtlarda əti soyuqda saxlamaq mümkün deyildi və kolbasa istehsalı (bişmiş və hisə verilmiş) onu saxlamaq üçün yaxşı üsul idi.

Əsrlər keçdikcə insanlar kolbasa istehsalı prosesini daha da təkmilləşdirdilər. Belə ki, coğrafi mövqedən asılı olaraq dünyanın müxtəlif yerlərində bu və ya digər iqlimə uyğun olan kolbasaların müxtəlif reseptləri meydana gəldi. Şimali Avropanın soyuq rayonları üçün çiy kolbasalar daha uyğundur, çünki çiy ət xüsusi dondurma olmadan uzun müddət qala bilir. İsti aylarda əti saxlamaq üçün hisə vermək üsulundan istifadə olunurdu. Çox güman ki, çiy hisə verilən kolbasalar məhz bu cür meydana gəlib. Daha dəqiq məlumat hələ ki yoxdur.

Avropanın cənub rayonlarında, o cümlədən Asiyada quru kolbasa (dry sausage) hazırlamaq daha məqsədəuyğun idi: bu halda kolbasa əlavə emalsız gündə qurudulurdu. Bu cür bişirmə üsuluna sucuq və bastırmanı misal göstərmək olar. Ehtimal olunur ki, Asiya çöllərindən köçərilər sucuğu yəhərin altında çantalarda saxlayırdılar. Kolbasa istehsalının son mərhələsi məhz orada həyata keçirilirdi: qurudulandan sonra o spesifik forma alırdı. Bu gün yastı forma sadəcə ənənə xarakteri daşıyır.
Sosiska və kolbasanın tarixiVaxt keçdikcə bu və ya digər şəhərdə yaşayan insanlar öz reseptlərini icad etməyə və hazır məhsula gözəl səslənən və yadda qalan adlar verməyə başladılar. Beləliklə də Vyana, italiya, ingilis, kamberlend kolbasaları meydana gəldi. Və yalnız Bavariyanın Qasseldorf adlanan ərazisində sakinlər öz həmyerliləri Yoxan Qeorq Lanera abidə qoyublar. Hesab olunur ki, sosiskanı məhz o icad edib. İki metrə yaxın hündürlüyü olan abidə Lanerin 225 illiyi münasibətilə Qasseldorfun 500 sakininin vəsaiti hesabına ucaldılıb. Monumentə sosiskanın tarixi təsvir olunmuş bürünc lövhə vurulub. 1804-cü ildə Yoxan Qeorq Laner qəssab sənətini öyrəndiyi Frankfurtdan Vyana köçüb və orada dükan açıb. Bir il sonra Laner özünün ixtirasını – sosiskanı alıcılara təqdim edib. Onu "Frankfurt" və ya "Vyana" sosiskası adlandırdılar.

Belə çıxır ki, hamıya yaxşı tanış olan sosiska və loğman kolbasası əslində qədim tarixə malikdir və onların bir çox ölkələdə adlı-sanlı qohumları var.

Maraqlı     Baxılıb: 3764   Tarix: 19 avqust 2015
f Paylaş

Oxşar xəbərlər

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 yemek reseptleri yay paltarlari tərəzi bürcü qripdə nə etməli peraski cudu kosmetika bir arzum var sac duzumleri vətən tut ağacı tutdudu novruz hakışdaları