Soyuğun orqanizmə patoloji təsiri

Soyuğun orqanizmə patoloji təsiriTemperaturun azalması orqanizmə çox vaxt xarici mühitin zərərli amilləri ilə birlikdə təsir göstərir. Sürətli əsən külək və yüksək rütubət soyuğun zədələyici təsirini artırır. Bundan əlavə orqanizmin müqavimətinin azalmasına və istilik təmziminin pozulmasına səbəb olan bir sıra endogen və ekzogen amillər soyuğun patogen təsirini qüvvətləndirir. Bunlara aşağıdakılar aiddir:
- geyimin nazik olması
- paltarların islaq olması
- ayaqqabıların sıx və yaş olması
- arıqlama
- aclıq
- yorğunluq
- xəstəliklər
- qanitirmə
- sərxoşluq.
Şərait eyni olduqda soyuq nəticəsində baş verən patoloji prosesin ağırlıq dərəcəsi havanın temperaturunun nə dərəcədə aşağı olmasından asılıdır. Bu arada orqanizmin yaşının da az və çox olması xəstəliyin ağırlıq dərəcəsinin necə olmasında rolu böyükdür.
Aşağı temperatur olduqda bədən soyuyur. Buna hipotermiya deyilir. Soyuq mühitə düşmüş bədəndə əvvəlcə fiziki istilik tənzimi mexanizmləri dəyişikliyə uğrayır. Soyuq şəraitdə periferik damarların spazmı baş verir. Bu zaman dəriyə gələn qanın miqdarı azalır və tər ifrazı zəifləyir. Soyuğun orqanizmə təsiri nəticəsində baş verən reaksiyalarda neyrohumoral tənzim mexanizmləri aktiv iştirak edir. Belə ki, dərinin temperatur reseptorları mühitin soyuqluğu nəticəsində yaranan impulsları hipotalamusda olan istilik tənzimi mərkəzlərinə və mərkəzi sinir sisteminin ali şöbələrinə ötürür. Bu mərkəzlərdən efferent yollar vasitəsilə istilik balansının tənzimində iştirak edən orqan və sistemlərə siqnallar verilir. Hərəki sinirlər vasitəsilə sklet əzələlərinə verilən impulslar əzələlərin tonusunu artırır və onlar titrəyir.
Orqanizm uzun müddət soyuq qaldıqda isə bütün daxili orqanlarda və hətta endoksin sistemdə də patoloji dəyişikliklər meydana çıxır. Soyuğun orqanizmə təsirinin ağırlıq dərəcəsindən asılı olaraq baş verən dəyişikliklər mübadilə prosesini azaldır, tənəffüs sistemi və ürək-damar sisteminə pis təsir göstərir. Ağır hallarda geri dönməyən proseslər baş verə bilir. Bədən temperaturunun 25-24*-ə qədər enməsi ölümə səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1212   Tarix: 08 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qis geyimləri 2026 aciq zedelenmeler yaralar qizilgul haqqinda melumat xolesterini azaldan qidalar qozlu toyuq salati kosmetika novruza aid hakışda vicdan novruz hakistalari hekaye janri bedii edebiyyat