Soyuq hava infarkt riskini artırır
Havaların soyuması ürək çatışmazlığı, xroniki ürək xəstəliyindən əziyyət çəkənlər, o cümlədən də infarkt xəstələri üçün ciddi riskdir.
Xanim.az Sputnik.az-a istinadən xəbər verir ki, həkim Nuket Yoldaş ürək xəstəliklərindən əziyyət çəkən şəxsləri xəbərdar edib. O, bildirib ki, belə hava şəraiti virusa yoluxma ehtimalını artırır. Bu da nəticə etibarı ilə ürəyi xəstə insanların səhhətində gərginlik yarada bilər.
"O səbəbdən məsləhət görürəm ki, müxtəlif ürək xəstəliklərindən əziyyət çəkən şəxslər belə havalarda evdə otursunlar. Bu şəxslərə havada çox zaman keçirtmək olmaz. Həmçinin müxtəlif viruslardan qorunmaq üçün tədbirli olmalıdırlar. Qalın üst geyimi, papaq, şərf və əlcək geymək məsləhətlidir" - deyə həkim bildirib.
N.Yoldaş, həmçinin soyuq hava ilə əlaqədar olaraq bir çoxlarının alkoqollu içkilərə üstünlük verdiyini, əslində bunun da ürək xəstələri üçün ciddi risk olduğunu deyib.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir