Soyuqdəyməni aradan qaldıran bitki çayları
1. Ballı və limonlu qaynar çay.
1 stəkan qaynar suya 1 çay qaşığı bal və 1/4 limon salıb isti halda içmək, soyuqdəymə əlamətlərini aradan qaldırır.
2. Moruq və cökə çayı.
Moruq giləmeyvəsi və çökə çiçəyindən dəmlənən çay soyuqdəymənin dərmanıdır.
3. İtburnu çayı.
İtburnu dəmləməsi soyuqdəymənin sağalmasında ideal dərman vasitəsi sayılır.
4. Qırmızı qarağat.
Öz bakteriasid təsiri ilə mikrobları öldürür, xəstəliyin sağalmasında yardımçı olur. 3:1 nisbətində qarağatla şəkər tozundan şərbət hazırlanır və 0,5 litr isti su ilə qatılıb içilir.
5. Qaynar süd və mineral su soyuqdəymə zamanı bronxları açır və bəlğəmgətirici təsir göstərir.
6. 1 stəkan qaynar südə, 10 damcı sarımsaq şirəsi tökməklə soyuqdəymənin qarşısını almaq olur.
7. Meyvə çayı.
Alma, armud, ərik və gavalının uzərinə şəkər tozu əlavə edilir və 30 dəqiqə qaynadılır və içilir.
8. Zəncəfilli və limonlu çay.
Payız və qış günlərində bu çaydan içmək bədənə istilik verir və bütün xəstəliklərə qarşı immunitet yaradır. Souqdəymə zamanı içildikdə xəstəliyin əlamətlərini azaldır.
9. Qlintveyn dəmləməsi.
Xəstəliyin əlamətlərini aradan qaldırır, tez bir zamanda sağaldır. Bədənə istilik verir, gözəl ətrə malik bir çaydır. 100 ml qaynar su 10-15 dəqiqə soyudulur, içərisinə bir az şərab, bir az şəkər tozu və portağal qabığı qatılıb zəif odun üstünə qoyulur, qaynama həddinə çatdırılır, amma qaynamağa icazə verilmir. Qlitveyn çayına içilən zaman 1 dilim portağal, bal, üzüm və ya alma dilimi salmaq olar.
10. Çobanyastığı çayı.
Çobanyastığı dəmləməsi müalicəvi məqsədlə içilən çaylardan biridir. Soyuqlama zamanı çökə və ya bal ilə qarışdırılıb içilir.
Milli.Az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
İşdə nə edək ki, daha az yorulaq
Çılpaq yatmağın faydaları
Enerji içkisi sevənlər oxusun
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər
Gözümüzü məhv edə biləcək eynəklər var