Sperma sayı və aktivliyini artıran maddə tapıldı
Pomidora rəng verən likopen maddəsinin kişilərdə sperma keyfiyyəti və aktivliyini artırdığı sübut edilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaxın gələcəkdə sperma funksiyası ilə əlaqəli bir çox problemlər asanlıqla həll edilə bilər. Türkiyəli ginekoloq Betül Görgen İngiltərədəki Şeffild Universitetində aparılan bu araşdırmanın təfərrüatları haqqında aşağıdakı məlumatları verib.
12 həftəlik araşdırma zamanı 19-30 yaşlarında olan sağlam könüllülərin bir qrupu gündə 14 mq laktolikopen, digər yarısı isə plasebo istifadə edib. Tədqiqatın əvvəlində və sonunda iştirakçılardan sperma nümunələri götürülüb. Laktolikopen istifadə edənlərdə sperma hərəkət, sürət və aktivliyinin 40 faiz artdığı qeydə alınıb.
Şeffild Universitetinin Onkologiya və metabolizma kafedrasının professoru Allan Pacey tədqiqatın sonunda həb istifadəçilərinin və istifadə etməyənlərin sperma parametrləri arasındakı bu fərqin gözlənilməz olduğunu bildirib.
Türkiyəli ekspertin sözlərinə görə, araşdırmanın növbəti addımı gələcəkdə övlad sahibi olmağa çalışan cütlüklər üzərində sınaqdan keçiriləcək. O, əlavə edib ki, araşdırmanın müsbət nəticələri sonsuzluqla bağlı ümidverici vədlər verir. /publika.az









Hakışta
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun