Spirt ən çox bu orqanları zədələyir: Alkoqol asılılığı hansı xəstəliklərə səbəb olur?

Spirt ən çox bu orqanları zədələyir: Alkoqol asılılığı hansı xəstəliklərə səbəb olur?Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan dünyasını dəyişir. Dünya əhalisinin 3 milyona yaxını alkoqol asılılığından əziyyət çəkir. Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb etmək və həll yollarını müəyyən etmək üçün hər il oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə günü kimi qeyd olunur.
Ümumdünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.
Mütəxəssislərə görə, spirtli içkilərə aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Alkoqolizm ürək-damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir. Alkoqoldan kəskin istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxara bilər. Alkoqolizm nəticəsində mədənin selikli qişası, onun fermentasiya funksiyası pozulur.
Spirt xüsusən qaraciyərə zərər vurur. Alkoqol qəbul etmə fonunda hepatit xəstəliyi ağır keçir, qaraciyər serrozu daha tez özünü biruzə verir, pankreatit müşahidə olunur və mədəaltı vəzinin zədələnməsi ilə diabet xəstəliyinin əmələ gəlmə ehtimalı xeyli artmış olur. Müntəzəm olaraq içki içən kişilərin təxminən 1/3 hissəsi impotensiyadan əziyət çəkir, qadınlarda reproduktiv funksiyanın fəaliyyəti  zəifləyir, dünyaya gətirdikıəri uşaqlar ağır qüsurlarla və ya ölü doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən  pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır. Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25%-i alkoqol istifadəsi ilə əlaqədardırdır.
Alkoqol aludəçiliyi sağlamlığa vurduğu zərərdən əlavə həm də bütövlükdə cəmiyyətin sosial və iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə  mənfi təsir göstərir.
Alkoqoldan zərərli istifadənin azaldılmasında həyata keçirilən qlobal strategiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üzvlərinin və dövlətlərin ümumi öhdəliyi hesab olunur. ÜST spirtli içkilərin təsirindən əmələ gələn xəstəliklərin qlobal yükünü azaltmaqda daimi fəaliyyət göstərir. Bu istiqamətdə ölkələrin əsas vəzifəsi alkoqoldan zərərli istifadənin azaldılmasına yönəlmiş siyasətin formalaşdırılması, monitorinq və qiymətləndirmənin həyata keçirilməsidir. Strategiyanın həm siyasi, həm də iqtisadi cəhətdən qəbul edilməsi və həyata keçirilməsi ilə insanların həyat və sağlamlıqlarını qorumaq olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1250   Tarix: 17 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

geyim şəkilləri yay geyimləri 2026 gozel gorunmek şəxsi təcrübə darcin faydasi haxışta kəklikotunun faydası kosmetika hakışdalar maraqli hakistalar oyunlar badambura gunay