"Spirt və maska bizi virusdan qorumur" - Gözdən də yoluxan təhlükə - VİDEO

"Spirt və maska bizi virusdan qorumur" - Gözdən də yoluxan təhlükə - VİDEO Spirt, maska və yaxud sarmısaq insanları yayılan koronavirusdan və infeksiyadan qoruyurmu?
Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Sakin: "Kütləvi yerlərdə ağzıma yaşmaq bağlayıram, spirtlə, yaş salfetka ilə əlimi dezinfeksiya edirəm".
Sakin: "Spirtdən istifadə etmək lazımdır, sarımsaq yemək, maska taxmaq lazımdır".
İnsanlar virusdan qorunmaq üçün müxtəlif üsullara əl atırlar. Xüsusilə tibbi maskalardan geniş istifadə olunur. Bu maskalar qoruyurmu sualı isə ən çox müzakirəyə səbəb olan mövzulardandır. Bir çox Həkimlər maskaların heç bir qoruyucu təsirə malik olmadığını deyir. Maskanı virusa yoluxan adam taxmalıdır ki, başqalarına yoluxdurma riski qismən azalsın.
Aytən İsmayılzadə - Pediatr: "Bir xəstə insan ətrafımızda bu cür asqırıb, öskürsə, biz əgər maska taxsaq belə, həmin xəstəliyə yoluxa bilərik. 1-ci ona görə ki, bu virus hətta gözlə də yoluxa bilir. Gözün selikli qişası o qədər həssasdır ki, virus gözdən də insan orqanizminə daxil ola bilər. Onları qorusaq belə, saçımıza düşəcək, paltarımıza düşəcək, toxunacağıq. Toxunduqdan sonra əlimizi ağzımıza aparacağıq. Ona görə, xəstə insanlar taxmalıdır ki, ağzından çıxan viruslar qalsın maskada, ətrafa yayılmasın".
Həkim-ekspert Adil Qeybulla isə deyir ki, koronavirus epidemiyasından qorunmaq üçün spirtdən istifadə inandırıcı deyil. Yəni, spirtdən istifadənin effekti yoxdur. O, bunu spirtin antivurus aktivliyinin yüksək olmaması ilə əlaqələndirir.
Adil Qeybulla - Həkim: "Spirt əldə olan piy qatının üstündəki mikrobları tam təmizləyə bilmir. Ona görə, də bu spirtə çox da baş qoşmaq lazım deyil. Çünki adamlar panikaya düşürlər, hamı bir-birindən eşidir ki, spirt effektivlidir və ona görə də onlar da buna riayət edirlər".
Həkimlər virusdan qorunmaq üçün məsələyə ciddi yanaşılmasını tövsiyə edir.
Aytən İsmayılzadə - Pediatr: "Əgər biz ictimai yerə çıxdıqsa, yəni metroda, avtobusda tutacaqdan tutduqsa, kimləsə görüşdüksə, əlimizə pul aldıqsa, insanlarla çox təmasda olan bir işdə işləyiriksə, gün ərzində bir neçə dəfə əlimizi yumaq, əlimizi yumadıqca, ağzımıza, burnumuza, gözlərimizə aparmamaq, yemək yeməmək lazımdır".
Adil Qeybulla - Həkim: "İdmanla məşğul olmaq, yaxşı qidalanmaq, xüsusilə meyvə tərəvəzi axar su altında yaxşı yumaq, əti, yumurtanı yaxşı bişirmək lazımdır. Otağın havasını tez-tez ventilyasiya etdirmək lazımdır. Bunlar sağlamlığın və yoluxmamağın vacib şərtləridir".
Deyilənlərə əməl edək ki, sağlamlığımızı təhlükə altında qoymayaq.

Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1919   Tarix: 17 mart 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır. -a istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər. Belə ki, diyetoloq Natalie Rizzo qey

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

turlar.az

geyim necə seçməli geyim dəbləri qadin sayti roya ayxan elm bilik haqqinda atalar sözləri gecəliklər kosmetologiya kosmetika salatlar həmidə novruz hakışdaları usaq seirleri statuslar