Stress immunitet sistemini zəiflədir, yorğunluq və əsəbilik yaradır

Stress immunitet sistemini zəiflədir, yorğunluq və əsəbilik yaradırMüasir dövrdə həkimlərin ən çox mübarizə apardığı xəstəliklərdən biri də stresdir. Stress insanın öz üzərində hiss etdiyi təzyiq və gərginlik vəziyyətidir. Bu mənada onu gündəlik həyatın bir parçası da hesab etmək olar.
Milli.Az bildirir ki, həkim-nevropatoloq Ramilə Əlifzadə AZƏRTAC-a deyib: "İnsan işləyib yorulandan sonra normal yatmalıdır. Normal yuxu bu sahədə çox böyük əhəmiyyət daşıyır. Tam və normal yuxu rejimi ilə yatmayanlarda halsızlıq müşahidə olunur və onlar bəzən hər xırda məsələdən ötəri əsəbləşirlər.
Stresi həmişə xoşagəlməz hal kimi qiymətləndirirlər, əslində, isə belə deyil. İki növ stress var. Müsbət stress hər hansı bir məqsədə çatmaq üçün daxildəki enerji sevincindən qaynaqlanır və onu yönləndirmək olur. Belə stress insanın təkmilləşməyinə kömək edir. Müəyyən miqdarda stress davamlı və inamla irəliləmək, uğur qazanmaq üçün lazımdır. Mənfi stress isə insanın özünə olan inamının itirilməsinə, xəyallarının puça çıxmasına, ümidsizliyə düçar olmasına səbəb olur. Həddindən artıq gərginlik insanı iş görmək bacarığından məhrum edə, ciddi vəziyyət yarada bilər. Ümumilikdə stress immunitet sistemini zəiflədir, yorğunluq, halsızlıq, zəiflik və əsəbilik yaradır.
Stress zamanı insanda nevrotik hallar baş verir və uzun müddət davam edəndə müxtəlif xəstəliklərə - miqren tipli başağrılar, sefalgiya və ya qan təzyiqi xəstəliyinə tutulmaq təhlükəsi yaradır. Vegetativ nevrozlarda aritmiyalar başlayır. Uzun müddətli aritmiyalar isə ürək xəstəliyinə aparıb çıxarır. Ona görə də ilkin diskomfort başlayan kimi onun qarşısını almağa çalışmaq lazımdır".
Psixoloqların fikrincə isə, stresdən xilas olmağın ən yaxşı yolu vaxtın çoxunu təbiət qoynunda keçirməkdir. Şəhərdə yaşayanlar parklara üz tuta bilərlər. Ümumiyyətlə, şəhər sakinlərinin ən azı ayda bir dəfə səs-küydən, sıxlıqdan uzaq bir yerdə istirahət etmələri məsləhətdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1276   Tarix: 04 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

kosmetika mehsullari həkim məsləhəti toy makiyajlari seksual pozalar toyuq yeməkləri şorba reseptləri pizzalar kosmetika gozellik novruza aid hakisdalar novruz hakistalari intim munasibetler bayatılarımızda vətən həsrəti