Süd sümükləri zəiflədirmiş… Bəs nə edək? - Yeni araşdırma
Çoxumuz əmin idik ki, süd kalsium mənbəyidir və sümüklərimizi bərkidir. Ona görə çox süd içmək xeyirlidir. Əgər günə 1-2 stəkan süd içsək qocalana kimi sümük və dişlərimiz möhkəm olacaq.
Medicina.az xəbər verir ki, isveç alimləri yeni elmi tədqiqatları ilə sübut ediblər ki, vəziyyət əksinədir, süd sümükləri zərif edir.
Alimlər 39-72 yaş arası 60 min qadının məlumatlarını incələyiblər. Məlum olub ki, qidasında daha çox süd olan, günə 1-2 stəkan süd içmiş qadınlarda travmadan sümük zədələri, sınmaları daha çox olub. Hətta yaşlı vaxtı yıxılaraq, sümüyünü sındırıb ölənlər də süd içirmiş.
Alimlər bunun səbəbini süddə olan laktozada görür. Laktozanın tərkibində olan bir maddə sümükləri turşulaşdırır, iltihab yaradır, nəticədə daha irəli yaşlarda sümüklərin deqradasiyası baş verir. Laktozada həm də özünəməxsus şəkər elementi də var.Alimlər turş süd məhsullarının, pendirin neqativ təsirinin daha az olduğunu bildirir, çünki onlarda laktoza daha azdır. Odur ki, sadəcə süd içmək yox, şor, pendir, kəsmik yemək daha yaxşı olar.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir