Süd vəzi xərçəngi haqqında YANLIŞ BİLDİKLƏRİNİZ

Süd vəzi xərçəngi haqqında YANLIŞ BİLDİKLƏRİNİZSüd vəzi xərçəngi qadınlarda aşkarlanan onkoloji problemlər sırasında birinci yerdə durur. Bu xəstəliyə düçar olanların sayı gündən-günə artmaqdadır.
Xanim.az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında Tibb Universitetinin Onkoloji Klinikasının onkoloq-mammoloqu, tibb üzrə fəlsəfə doktoru Həqiqət Vəliyeva deyib.

Mütəxəssis bildirib ki, qadınlar daha çox həkimə süd vəzində ağrı şikayəti ilə müraciət edirlər. Süd vəzi xərçəngi bir sıra hallarda təsadüfü müayinə zamanı aşkarlanır, ilkin dövrdə hər hansı ağrı yaranmır.

H. Vəliyeva deyib ki, qadınlar süd vəzində ağrı hiss edən kimi yanlış olaraq təlaşa düşürlər: "Süd vəzində olan hər ağrı xərçəng demək deyil. Xoşxassəli proseslər, mastopatiyalar, kistalar, fibroadenomalarda, sinir, əzələ problemlərində də süd vəzində ağrı yaranır. Ona görə də xanımlar ağrı yaranan kimi təlaşa düşməməlidirlər. Əslində isə süd vəzi xərçəngi ilə bağlı ağrı son mərhələlərdə meydana gəlir".

Tibb Universitetinin Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu Günel Qəmbərova deyib ki, süd vəzi xərçəngi erkən dövrlərdə əksər hallarda hər hansı əlamət vermədiyinə görə, erkən diaqnostika çox mühüm əhəmiyyət kəsb edir.
Mütəxəssis təəssüflə bildirib ki, qadınlar çox zaman süd vəzi xərçənginin inkişaf etmiş mərhələlərində ağrı şikayəti ilə müayinəyə gəlirlər. O, paytaxtla müqayisədə bölgələrdən süd vəzi xərçənginin ağırlaşmış vəziyyətlərində müraciətlərin daha çox edildiyini açıqlayıb. G. Qəmbərova bunu əsasən qadınların məlumatsız olmaları ilə əlaqələndirib.

Həkim vurğulayıb ki, 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə mammoloq müayinəsindən keçməlidir. Amma daha erkən yaşlarda da bu müayinələrin aparılması qaçılmaz ola bilər.

Mütəxəssislər deyiblər ki, süd vəzi xərçəngi nə qədər tez aşkarlanarsa, xəstəliyin sağalması, müalicənin effekti bir o qədər yüksək olar. Onlar təcrübəyə əsasən, süd vəzi xərçənginə düçar olan, lakin vaxtında müalicə, əməliyyat edilən qadınların ömür göstəricilərinin çox yüksək olduğunu açıqlayıblar.

Qeyd olunub ki, ailəsində süd vəzi, yumurtalıq xərçənginə rast gəlinən, ilk doğuşu 35 yaşdan sonraya təsadüf edən, menopauza dövrü 55 yaşdan sonra, menustrasiya prosesi 12 yaşdan tez başlayan, övladı olmayan, az sayda övlad dünyaya gətirən, süd verməyən, çoxlu abortlar etmiş, klimakterik dövrdə hormonal müalicələr almış qadınlar süd vəzi xərçənginin yaranması baxımından risk qrupuna daxildirlər.
Bildirilib ki, süni mayalanmalar zamanı da qadınlarda hormonal fon dəyişir, bu, süd vəzi xərçəngi yaranması riskini artırır.

Mütəxəssislər risk qrupuna daxil olan, eləcə də bütün qadınların süd vəzi müayinələrindən keçmələrinin vacib olduğunu vurğulayıblar. Bu baxımdan hər kəsin xərçənglə bağlı risk qrupuna daxil olub-olmadığını müəyyənləşdirə bilən gen müayinəsinə cəlb olunmasının da mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Həkimlər onu da vurğulayıblar ki, artıq çəki, hərəkətsizlik, siqaret çəkmək, spirtli içki qəbulu süd vəzi xərçəngi riskini artırır.

Sağlamlıq     Baxılıb: 2202   Tarix: 02 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 həkim məsləhəti gözəllik sirləri ayaq dirnaqlarina qulluq xina haqqinda melumat dogusdan sonra matkanin yigilmasi kosmetika novruz bayramına aid bakışta vətən həsrətinə aid bayatılar irem derici qiz adlari ağır itki