Süd vəzilərindəki düyünlər, şişlər - Mastopatiya qorxuludurmu?

Süd vəzilərindəki düyünlər, şişlər - Mastopatiya qorxuludurmu?Mastopatiya - süd vəzisində olan xoşxassəli törəmələrdir. Mastopatiya zamanı süd vəzisində ölçüsü noxud böyüklüyündən başlayaraq, qoz böyüklüyünə qədər olan kiçik düyünlər yaranır.
Milli.Az sağlamolun.az-a istinadən xəbər verir ki, bu düyünlər vaxtaşırı olaraq yaranır, inkişaf edir, kiçilir və yox olurlar. Bir çox hallarda həkim tərəfindən onlara "mastopatiya" diaqnozu qoyulduğunu eşidən qadınlar bu xəstəliyə elə də xüsusi diqqət yetirmirlər. Əksər qadınlar arasında bu xəstəliyə çox təsadüf edildiyindən, onu "adi" xəstəlik hesab edirlər.
Bu zaman narahat olmağa dəyərmi?
Mastopatiya fonunda süd vəzisində həm xoşxassəli, həm də bədxassəli şişlər inkişaf edə bilər. Mastopatiya əsasən dölyaratma yaşında (25-45 yaş) inkişaf edir. Çox gənc qız uşaqlarında olan mastopatiya isə əksər hallarda, onların orqanizmində hormonal fonun yaşa uyğun olaraq yenidən qurulması ilə əlaqədar yaranmış olur.
Mastopatiyanın ilk əsas səbəbi qadın orqanizmində hormonal tarazlığın pozulmasıdır. Məlum olduğu kimi, aybaşı tsikli (dövrü) hormonlarla tənzimlənir. Süd vəzisi hormon asılılıqlı üzvlərə aiddir. Onun toxuması aybaşı tsiklinin (dövrünün) mərhələlərinə uyğun olaraq müxtəlif dəyişikliklərə uğrayır. Bundan başqa, süd vəzisinin toxumasına böyrəküstü vəzilər, qaxanvari vəzi, mədəaltı vəzi və hipofiz vəzi hormonları da müəyyən təsir göstərirlər. Buna görə də sadalanan orqanların hər hansı birinin xəstəliyi süd vəzilərində də müəyyən dəyişikliklərin əmələ gəlməsinə səbəb ola bilər.
Mastopatiyanın əmələ gəlməsi üçün "şərait yaradan" faktorlardan biri qadın orqanizminin hormonal sisteminə kobub şəkildə müdaxilə olan abortlar (uşaqsalmalar) hesab edilir. İkinci belə faktor isə qadın cinsi üzvlərinin xəstəlikləridir. Süd vəziləri digər dölyaradıcı üzvlərlə (uşaqlıq, yumurtalıqlar) vahid sistemə daxildirlər. Buna görə də həmin bu sistemdə baş verən hər hansı nasazlıq və pozğunluqlar süd vəzilərinə də öz mənfi təsirlərini göstərirlər.
Mastopatiyanın əmələ gəlməsinə səbəb olan üçüncü əsas faktor isə sinir sistemində baş verən müxtəlif nevroloji pozğunluqlardır (streslər, daimi sinir gərginlikləri, depressiyalar).
Piylənmə, spirtli içkilərin qəbul edilməsi, siqaret çəkilməsi, gecikmiş hamiləlik, şəkərli diabet, süd vəzilərinin müxtəlif travmatik təsirlərə (çox sıx alt paltarların geyilməsi nəticəsində əmələ gələn mikrotravmalar, zərbə, yıxılma, sıxılma və s.) məruz qalması və digər bu kimi faktorlar da mastopatiyanın əmələ gəlməsinə "kömək edən" səbəblərdir.
Süd vəzilərinə zərərli təsir edən faktorlardan biri də həddən artıq dərəcədə qəbul edilən təbii və ya süni günəş vannaları (xüsusən də çimərlik paltarı geyinmədən) hesab edilir.
Mastopatiya zamanı süd vəzilərində kifayət qədər yumşaq olan törəmələr və ya müxtəlif ölçülü düyünlər əmələ gəlir. Aybaşı başlamazdan qabaq onlar ağrılı olaraq qoltuqaltı sahəyə də yayıla bilərlər. Nəzarətsiz buraxılmış formalarda bu ağrılar daimi xarakter alaraq, hətta süd vəzilərinə yüngülcə toxunuş zamanı da arta bilərlər. Mastopatiya zamanı süd vəziləri gilələrindən ağ, sarı, yaşıl rəngə çalan və bəzən də müəyyən iyi olan maye də ifraz oluna bilər.
Mastopatiyanın diffuz və düyünlü formaları olur. Mastopatiyanın düyünlü forması, adətən, 35 yaşdan yuxarı olan qadınlarda təsadüf edilir və süd vəzisinin xərçənginə də keçə bilir. Mastopatiya diaqnozu qoyulmuş qadınlar onkoloji cəhətdən yüksək risk qrupuna aid edilərək mütəmadi olaraq onkoloq-mammoloq tərəfindən müayinə olunmalıdırlar. Lazım olduğu hallarda onlara USM və mammoqrafiya təyin edilir.
Orta hesabla qadınların 50%-i süd vəzilərində olan bərkimə sahələrini özləri aşkar edirlər. Bu isə onlara vaxtında düzgün diaqnoz qoyulması ehtimalını artırır və hətta süd vəzi xərçəngi kimi çox təhlükəli hesab edilən bir xəstəliyin də müvəffəqiyyətlə müalicə olunmasına imkan verir. Məhz buna görə, mütəmadi olaraq, fərdi qaydada qadınların öz süd vəzilərini müayinə etmələri çox vacib hesab edilir.
Bəs mastopatiya xəstəliyi necə müalicə oluna bilər?
İlkin dövrlərində bu xəstəlik asanlıqla və tez bir zamanda müalicə olunur. Məhz buna görə də xəstəliyin ilkin əlamətləri aşkar edilən kimi, təxirə salınmadan həkim-mammoloqa müraciət etmək lazımdır. Süd vəziləri praktiki olaraq heç bir halda öz xəstəliklərinin səbəbkarı olmurlar. Mastopatiyaların əsas səbəbləri əksər hallarda hormonal pozğunluqlar, müxtəlif ginekoloji, nevroloji və digər xəstəliklər olur. Beləliklə, mastopatiyanın müalicəsində əsas məsələ - qadın orqanizmində məhz hansı pozğunluğun onun inkişaf etməsinin səbəbkarı olduğunu müəyyən etməkdən ibarətdir. Bu səbəb müəyyən edildikdən və aradan götürüldükdən sonra süd vəzilərinin vəziyyəti də yaxşılaşmış olur. Cərrahi əməliyyatın aparılması isə yalnız aşkar edilməsi gecikdirilmiş olan, düyünlü mastopatiyalar zamanı tələb olunur.
Hal-hazırda süd vəziləri xəstəliklərinin profilaktikası üçün tərkibində A, E, C vitaminləri, selen və yod mikroelementləri olan bir sıra dərman preparatları və komplekslər hazırlanmışdır. Bundan başqa, süd vəziləri xəstəliklərinin profilaktikası üçün dəniz məhsulları, kələm, kök, tərkibində xeyli miqdarda sellüloz olan meyvələr və digər qidalar mütəmadi olaraq qəbul edilən qida məhsulları sırasına daxil edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2345   Tarix: 11 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

kosmetoloq kosmetika mehsullari toy gecesi ev dekorasiyası xəstəliklər mirzə ələkbər sabir satiraları buruq saclara qulluq kosmetika narin faydasi hakışdalar babasil seksi novruza aid hakista