Süddən imtina etdikdə orqanizmdə baş verəcək 5 dəyişiklik

Süddən imtina etdikdə orqanizmdə baş verəcək 5 dəyişiklikBu material medicina.az saytında 10.000-ci yazıdır. Artıq 10.000 müxtəlif mövzuda, adda faydalı və ya bəzilərinin faydasız belə hesab etdikləri yazıları sizinlə paylaşdıq.
Son zamanlar dünya mətbuatında həkimlər və alimlər tərəfindən inək südünün böyük insana lazım olmaması, əksinə zərər verməsi barədə çoxsaylı yazılar, eləcə də elmi tədqiqatların şahidi oluruq.
Laktoza dözümsüzlüyü, süd və süd məhsullarından bəzi xəstəliklərin kəskinləşməsi, laktozasız dieta - trend mövzulardır.
Milli.Az medicina.az-a istinadən süddən imtina etdikdən sonrakı 3 ayda orqanizmində hansı dəyişikliklərin baş verəcəyini açıqlayır. Bunlar real faktlar əsasında toplanıb.
1.Sənin dərin daha təmiz və təravətli ola bilər
Bir çox allergen insanlar üçün məhz süd məhsulları dəridə səpki və aknenin səbəbidir. Elmi araşdırmalara görə, süddə testosterona bənzər hormonlar var ki, onlar  piy vəzilərini aktivləşdirir, sızanaq, akne yaradır. Düzdür, bu hər süd içəndə olmur. Məsələn, kəsmik və pendir belə bir təsir vermir. Amma süd və südün özünün qatıldığı məhsullar dəriyə mənfi təsir edə bilər. Əgər sənin üzün uzun müddətdir problemlidirsə, o zaman 3 ay müddətinə süd və süd məhsullarından imtina et, fərqə bax.
2.Sənin əlavə probiotiklərə ehtiyacın olacaq
Süd məhsulları, xüsusən qatıq, kefir təbii probiotikdir, bunlar bağırsağa vacib olan faydalı bakteriyalar olub hormonal fon və immuniteti tənzimləyir. Süddən imtina etdikdə, siz mütləq əlavə probiotik qaynaqları tapmalısız. Bunlar da marinadlaşdırılmış xiyar, duzlu kələm ola bilər.
3.Sən kökələ bilərsən
Süddən imtina onda olan yağ və zülaldan məhrum olma deməkdir. Çox insanlar süd olmadıqda, sadə karbohidratlara üstünlük verir, bu da kökəldir. Süddən imtina etdikdə zülalı yumurta, toyuq əti, qoz, badam, paxlalılardan al. Xəmir və un məmulatlarına üstünlük verməyin
4.Xərçəng riski xeyli azalacaq
İsveç alimləri sübut edib ki, çox miqdarda süd içmək yumurtalıq, süd vəzi, ağciyər, prostat kanserini artırır. Daha bir tədqiqatla sutkada 300 ml süd içən kişilərin 35% daha çox prostat xərçəngi olma riskini artırdığını göstərib. Yaşlı vaxtlarda heç süd içməyənlərdə isə bu risk azdır. Səbəb süddə olan hormonlardır. O, qanda şiş hüceyrələrini qidalandıran hormonu artırır.
5. Həzm problemlərin düzələcək
Həzmsizlik, köp, bağırsaq problemləri olanlara süddən imtina tövsiyyə edilir. Həqiqətən bir çox insanlarda süd çətin mənimsənilir. Bu zaman köp, mədədə spazm, qarında ağrı olur. Amma bu problemi olmayan insanların süddən imtinası da onların mədə-bağırsağında gözlənilməz problemlər yarada bilər. Bunun alternativi soyadır. Soya südü, soya yağı süd məhsulları dadını verir. Amma soyadan da çox istifadə etmək olmaz
Nəzərə alın ki, süd qaynadıldıqda, faydalı maddələrinin çoxunu itirir. Ona görə sıyıqları suda bişirə bilərsiz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1474   Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəng halları niyə atır? - SƏBƏBLƏR

Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə, hər il dünyada təxminən 20 milyon yeni xərçəng halı qeydə alınır, 10 milyona yaxın insan isə bu xəstəlik səbəbilə həyatını itirir. . xəbər verir ki, türkiyəli onkoloq Dilşən Çola

.

Təbiətdə pulsuz yetişən bu möcüzə vücudu başdan-ayağa yeniləyir

Təbiətdə özbaşına yetişən və çox vaxt qiyməti bilinməyən tut müasir tibbin diqqət mərkəzinə düşüb. O, nəinki ürəyi gəncləşdirir, həm də diabetdən sümük əriməsinə qədər bir çox problemə çarə olur.  xəbər verir ki, təbiətd

.

Hansı daha düzgündür: yeməkdən əvvəl, yoxsa sonra su içmək?

Gündəlik həyatda tez-tez müzakirə olunan mövzulardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bu məsələyə fərqli yanaşsalar da, ümumi tövsiyələr müəyyən məqamlarda üst-üst

.

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin həm daxili, həm də qabıqları ilə sağlamlıq üçün çox faydalı bir meyvədir. Qabıqlarından hazırlanan xoş ətirli çay, tərkibindəki yüksək C vitamini sayəsində bədəni xəstəliklərə qarşı qoruyur, həzm sistemini tənzimləyi

.

"Gündə 2 litr su içmək" bilindiyi qədər faydalıdır?

İçməli suyun sağlamlıq üçün vacibliyi geniş şəkildə qəbul edilsə də, gündəlik nə qədər su içilməli olduğu hələ də müzakirə mövzusudur. İllərdir yayılan "gündə 2 litr su içilməlidir" fikri yeni elmi araşdırmalarl

.

Ən riskli yaş açıqlandı: Kartof yeyərkən iki dəfə düşünün

Kartof məsum görünsə də, ondan çox istifadə etmək təzyiq riskini artırır. Həftədə dörd porsiyanı keçmək bəzi yaş qruplarında qan şəkərini sürətlə yüksəldə bilər və damar sağlamlığına mənfi təsir göstərər.  xəbər verir ki

.

Şampun saç tökülməsinə səbəb ola bilər?

"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil". xəbər verir ki, bu barədə rusiyalı dermatoveneroloq Eduard Buçarov deyib. "Şampun keçəlliyin səbəbi deyil. O, tərkibin

.

Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri

​Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlam

.

Gənclər bu simptomları ciddiyə almır – Həkimlər xəbərdarlıq edir

Son illərdə gənclər arasında qəfil insult hallarında artım müşahidə olunur. Ənənəvi olaraq insult daha çox yaşlı insanlarda rast gəlinirsə də, müasir həyat tərzi bu xəstəliyi gəncləşdirib. xəbər verir ki, həkimlərin sözlərin

turlar.az

reseptler sade makiyaj sekilleri gözəllik məhsulları dondurmalar səfər duası boğaz ağrısı masaj edirem kosmetika xocali rus dilini oyrenek 2ci ders vətənə aid atalar sözləri intim munasibetler ana haqqinda bayati