Südlə hazırlaya biləcəyiniz 6 şəfalı içki – RESEPT

Südlə hazırlaya biləcəyiniz 6 şəfalı içki – RESEPTQida dəyəri yüksək olan süd insanlar üçün mühüm qida mənbəyidir. Tərkibindəki zülal, kalsium, B vitaminləri ilə sağlamlıq üçün olduqca faydalıdır. Südün qida dəyərini və faydasını dəfələrlə artırmaq üçün sadə üsullar var.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, sağlamlığa faydalarını artırmaq üçün südə aşağıdakı 6 inqrediyenti əlavə etmək olar:
Sarıkök
"Qızıl süd" olaraq adlandırılan bu içki çoxsaylı sağlamlıq faydalarına görə populyarlıq qazanıb.
Sarıkök antiinflamatuar və antioksidant xüsusiyyətləri ilə tanınan bir birləşmə olan kurkumin ehtiva edir.
"Journal of Medicinal Food" jurnalında dərc edilən bir araşdırma kurkuminin artrit kimi problemlər zamanı iltihabı və ağrıları azaltmağa kömək edə biləcəyini göstərib.
Sarıköklü süd hazırlamaq üçün:
1 stəkan südü qızdırın.
Yarım çay qaşığı sarıkök tozu əlavə edin.
Yaxşı qarışdırın və isti için.
Bu sakitləşdirici içki immuniteti artırmaq və ümumi sağlamlığı yaxşılaşdırmaq üçün mükəmməl seçimdir.
Zəncəfil
Südə zəncəfil əlavə etmək həzmi yaxşılaşdıra və ürəkbulanmanı azalda bilər.
Zəncəfil iltihab əleyhinə və antioksidant təsiri ilə tanınır.
Zəncəfilli südü hazırlamaq üçün:
1 stəkan südü qızdırın.
1 çay qaşığı rəndələnmiş zəncəfil və ya zəncəfil tozu əlavə edin.
Qarışdırın və içmədən əvvəl bir neçə dəqiqə gözləyin.
Zəncəfilli süd soyuqdəymə və qrip mövsümündə immuniteti gücləndirici xüsusiyyətinə görə xüsusilə faydalıdır.
Bal
Bal antibakterial və antioksidant xüsusiyyətlərə malik təbii dadlandırıcıdır.
"Asian Pacific Journal of Tropical Biomedicine"də dərc edilən araşdırma göstərir ki, bal boğaz ağrısını sakitləşdirməyə kömək edir və təbii öskürək kəsicidir.
Ballı südü hazırlamaq üçün:
1 stəkan südü qızdırın.
1-2 çay qaşığı balı əlavə edib həll olunana qədər qarışdırın.
Bu süd yatmazdan əvvəl istehlak edildikdə yuxuya getməyi asanlaşdırır.
Darçın
Darçın adi südü sağlamlıq faydaları ilə dolu bir içkiyə çevriə bilən digər bir ədviyyatdır.
Onun qan şəkərinin səviyyəsini aşağı saldığı və güclü antioksidant xüsusiyyətlərə malik olduğu sübut edilib.
Bir araşdırma darçının insulin həssaslığını artırmaq potensialının olduğunu göstərib.
Darçınlı süd hazırlamaq üçün:
1 stəkan südü qızdırın.
1 çimdik darçın tozu və ya kiçik bir darçın çubuğu əlavə edin.
Yaxşıca qarışdırın və için.
Darçınlı süd xüsusilə diabetlə mübarizə aparan və ya qan şəkərini sabit saxlamağa çalışanlar üçün faydalıdır.
Zəfəran
Zəfəran əsrlər boyu ənənəvi tibbdə istifadə edilib.
Əhval-ruhiyyəni yaxşılaşdıran xüsusiyyətləri ilə tanınır və depressiya əlamətlərini azaltmağa kömək edir.
"The Journal of Ethnopharmacology" jurnalında dərc edilən araşdırmaya görə, zəfəranın bəzi ənənəvi dərman vasitələrinə bənzər antidepresant təsirləri var.
Zəfəranlı südü hazırlamaq üçün:
1 stəkan südü qızdırın.
Bir neçə çimdik zəfəran əlavə edin və bir neçə dəqiqə gözləyin.
Daha sonra qarışdırıb için.
Zəfəranlı süd həm dadlıdır, həm də əhval-ruhiyyəni yaxşılaşdırmağa və narahatlığı azaltmağa kömək edəcək.
Badam
Badam sağlam yağlar, liflər və zülallarla doludur. Bu çərəz dərinin sağlamlığı üçün faydalı olan E vitamini ilə də zəngindir.
"Journal of Nutrition"da dərc edilən bir araşdırma badam istehlakının xolesterol səviyyəsini azaltmağa və ürək sağlamlığını yaxşılaşdırmağa kömək edə biləcəyini üzə çıxarıb.
Badamlı süd hazırlamaq üçün:
Bir ovuc isladılmış badamı bir stəkan südlə qarışdırın.
Daha sonra badamları süzüb-süzməməyə özünüz qərar verə bilərsiniz.
Badamlı süd orqanizmi əsas qida maddələri ilə təmin edir və ürək sağlamlığını yaxşılaşdırır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1279   Tarix: 26 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

kosmetik vasiteler yaz geyimleri 2026 yay geyimləri 2026 vetene aid bayatılar qadın sağlamlıq gürcü mətbəxi limon maskasi kosmetika sevda vətənə aid atalar sözləri mikayıl abdullayev xeyanet dolca