Süfrəyə yaraşıq, xörəklərə dad, orqanizmə sağlamlıq bəxş edən şüyüd

Süfrəyə yaraşıq, xörəklərə dad, orqanizmə sağlamlıq bəxş edən şüyüdYeməyə xüsusi dad və ləzzət vermək üçün salat, tərəvəz, ət və balıq yeməklərinə əlavə edilən şüyüd süfrələrdə ən çox istifadə olunan göyərtilərdəndir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şüyüdün tərkibində B və C vitaminləri, fol turşusu və kalsium, kalium, fosfor və dəmir duzları var. Ondan istifadə edilməsi görmə qabiliyyətinə faydalı təsir edir, sinir sisteminin fəaliyyətini gücləndirir.
Şüyüdün cəfəri kimi kəskin qoxusu yoxdur və xoş dadı var. Onun qəbul edilməsi iştahanı artırır və mədə-bağırsaq traktının işini yaxşılaşdırır. Bitkinin heyrətamiz bir xüsusiyyəti də körpələrdə qarın problemini aradan qaldırmasıdır. Bunun üçün süd verən anaların onu öz menyusuna əlavə etməsi lazımdır.
Bundan əlavə, göyərti maddələr mübadiləsini yaxşılaşdırır. Artıq çəki problemi zamanı da onun rasiona əlavə edilməsi müsbət nəticələr verir. Şüyüd infeksiya ilə mübarizədə də təsirli vasitədir, ona görə sistit və böyrək xəstəlikləri zamanı ondan istifadə məsləhətdir.
Qıcıqlanmış dərini sakitləşdirdiyinə və iltihabı aradan qaldırdığına görə ev şəraitində kosmetoloji vasitə kimi də istifadə olunur.
Şüyüdün faydalı xüsusiyyətlərindən biri də yuxusuzluğa qarşı müsbət təsiridir. Ondan istifadə etməklə ağır iş və xroniki yorğunluq səbəbindən ortaya çıxan yuxu problemlərindən azad olmaq və baş ağrısını müalicə etmək mümkün olur. Ürək-damar sisteminə təsiri çox faydalıdır, o qan təzyiqini azaldır və orqanizmi sakitləşdirir. Şüyüd dəmləməsi soyuqdəyməyə kömək edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1591   Tarix: 09 iyul 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

adlarin menasi reseptler toy makiyajlari pustenin faydalari qadın sağlamlıq şaftalının xeyri xorionik qonadotropin kosmetika nizami gəncəvi novruz bayrami hakisda janrlar novruza aid hakisdalar burclər