Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır
Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.
Milli.Az xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizlik kimi geniş yayılmış problemləri yüngülləşdirir.
Vücudda yaranan gizli iltihablanma proseslərinə qarşı mübarizə aparır.
Müntəzəm istehlak edildikdə bədənin müqavimətini artırır və xəstəliklərə qarşı qoruyur.
Bəzi mütəxəssislər sumaq suyunun qan şəkərinin tarazlaşdırılmasına müsbət təsir göstərdiyini qeyd edirlər.
Sumaq suyu necə hazırlanır?
Hazırlanması olduqca sadədir və cəmi bir neçə dəqiqə vaxt aparır:
Bir stəkan ilıq suyun içərisinə bir çay qaşığı sumaq əlavə edib qarışdırın.
Bir müddət (təxminən 5-10 dəqiqə) dincəlməyə buraxın.
Suyu süzərək təmiz halda için.
Dadını artırmaq və vitamin dəyərini yüksəltmək üçün içərisinə bir neçə damcı limon da əlavə edə bilərsiniz.
Hər bir təbii üsulda olduğu kimi, sumaq suyunu da şüurlu şəkildə istifadə etmək lazımdır. Mütəxəssislər xüsusilə xroniki xəstəliyi olanların və daimi dərman qəbul edənlərin bu növ təbii müalicə vasitələrinə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmələrini vurğulayırlar.
Lalə Qüdrətova
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO