Süni tənəffüs

Süni tənəffüsTənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir.
Zərərçəkən şəxsin tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs verməyə başlamaq lazımdır. Əgər bu zaman ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüs ilə yanaşı, ürəyi yenidən işləməyə vadar etmək üçün ürəyin xarici (qapalı) masajı adlanan reanimasiya üsulundan da istifadə etmək lazımdır. Reanimasiyanı hər zaman süni tənəffüs hərəkətlərindən başlamaq lazımdır!
Süni tənəffüs hərəkətlərini yerinə yetirmək üçün:
1. Zərərçəkəni üzüyuxarı olmaqla düz səthin üzərinə (stol, döşəmə, torpaq və s.) uzatmaq, geriyə qatlanaraq tənəffüs yolunu tutmaqla boğulmaya səbəb olmaması üçün dilini xaricə çıxarmaq lazımdır. Döş qəfəsinin bir qədər hündürdə olması üçün zərərçəkənin kürəklərinin altına bükülmüş paltar qoyurlar.
2. Zərərçəkənin başı xeyli dərəcədə arxaya qatlanmalıdır, əks halda süni şəkildə verilən hava kütləsi mədəyə keçə bilər. Bunu qarının yuxarı hissəsinin şişməsi ilə müəyyən etmək olar. Sonra zərərçəkənin başını yana çevirərək onun ağzını açın və ağzında torpaq, qum, qusuntu kütlələri, yad cismin olub-olmadığını yoxlayın. Lazım olduğu halda barmağa sarınmış tənzif və ya burun dəsmalı ilə zərərçəkənin ağız boşluğunu təmizləmək lazımdır.
3. Süni tənəffüs verərkən maneçilik törətməməsi üçün bədəni sıxan paltarları çıxarmaq və ya cırmaq lazımdır. Əgər bədbəxt hadisə qapalı otaqda baş vermişsə, pəncərə və ya nəfəsliyi açmaqla otağa təmiz hava axını gəlməsini təmin etmək lazımdır. Bütün bunları dəqiqliklə və sürətlə icra edın - zərərçəkənin həyatı bundan asılıdır!
4. Daha sonra xilasedici zərərçəkənin başının yan tərəfində (yaxşı olar ki, sol) dayanır. Əgər zərərçəkən yerdə uzanmışsa, xilasedici dizləri üstə dayanmalıdır. Xilasedici özünün baş və şəhadət barmaqları ilə xəstənin burun pərlərini sıxmalıdır. Sonra xilasedici şəxs dərindən nəfəs alıb, nəfəs verməsini azca saxlayıb, zərərçəkənə tərəf əyilərək, ağzını tənzifin və ya ortasında deşik açılmış burun dəsmalının üstündən sıx şəkildə zərərçəkənin ağzına dirəyib, cəld şəkildə ona nəfəs verir.
Zərərçəkənə nəfəs verdiyiniz zaman onun döş qəfəsinin qalxıb-qalxmamasına diqqət yetirin. Nəfəsvermə ağ ciyər toxumasının və döş qəfəsinin elastikliyi səbəbindən passiv şəkildə öz-özünə baş verir. Zərərçəkənin döş qəfəsi aşağı endikdən sonra xilasedici təkrarən onun ağzına nəfəs verir. Bu proses yardım göstərən şəxsdən (xilasedicidən) xeyli dərəcədə fiziki güc tələb edir.
Bəzi hallarda elə olur ki, zərərçəkənin ağzını açmaq mümkün olmur və ya ağız nahiyəsinin travması olur. Bu zaman süni tənəffüsü "ağızdan-ağıza" deyil, "ağızdan-buruna" olmaqla verirlər. Süni tənəffüs verməzdən əvvəl xilasedici əlin biri ilə xəstənin başını arxaya qatlayaraq bu vəziyyətdə saxlayır, digər əl ilə onun ağzını sıxır. Sonra xilasedici dərindən nəfəs alaraq dodaqları ilə xəstənin burnunu sıx şəkildə əhatə etməklə tez və güclü nəfəs verir. Daha sonra xəstənin ağız və burnunu sərbəst buraxaraq onun "nəfəs verməsinə" imkan vermək lazımdır.
Xəstəyə verilən nəfəsin xeyli hissəsinin ağ ciyərlərə deyil, mədəyə dolması, mədənin köpməsinə və zərərçəkənin xilas edilməsinin çətinləşməsinə səbəb olur. Buna görə də mədədən havanı xaric etmək üçün, vaxtaşırı olaraq epiqastral (qarınüstü) nahiyəyə bir qədər təzyiq etmək lazımdır.
Süni tənəffüs verilməsini 3-4 saniyədən artıq fasilə vermədən xəstənin müstəqil tənəffüsü tam bərpa edilənə qədər və ya həkim gələnə qədər etmək lazımdır. Verilən süni tənəffüsün effektivliyini (xəstənin döş qəfəsinin qalxıb-enməsini, qarında kopün olub-olmamasını, üz dərisinin tədricən qızarmasını) daim yoxlamaq lazımdır. Daim ağızda və burun-udlaqda qusuntu kütlələrinin olub-olmamasını yoxlamaq və lazım olduqda növbəti süni tənəffüs verilməsindən əvvəl zərərçəkənin ağzını dəsmala bürünmüş barmaqla təmizləmək lazımdır. Süni tənəffüs verilməsi prosesi zamanı xilasedicinin qanında karbon qazının azalması səbəbindən onda başgicəllənmə baş verə bilər. Ona görə də yaxşı olar ki, zərərçəkənə süni tənəffüs verilməsini hər 2-3 dəqiqədən bir bir-birini əvəz etməklə iki xilasedici yerinə yetirsin.
Hər 30 saniyədən bir mütləq ürək döyünməsini - kiçik yaşlı uşaqlarda qulağınızı onun döş qəfəsinə qoymaqla, nisbətən iri yaşlı uşaqlarda və böyüklərdə isə nəbzi əlləməklə yoxlayın! Qan dövranı və ürək fəaliyyətinin pozğunluqlarında nəbzi bilək nahiyəsində əlləməyə çalışmayın, onu burada əlləmək mümkün olmayacaq! Belə hallarda nəbzi yuxu arteriyasının üzərində əlləmək olar. Bunun üçün barmaqlarınızın uclarını şəkildə göstərilən qaydada boyun nahiyəsinə qoymaq lazımdır. Əgər ürək döyünməsi olmazsa, dərhal ürəyin xarici (qapalı) masajını da icra etməyə başlayın!
Əgər xilasedici ürək fəaliyyətinin dayanmasını nəzərdən qaçıraraq, 1-2 dəqiqə ərzində ürəyin masajı icra edilmədən yalnız süni tənəffüs verilməsini davam edərsə, zərərçəkəni xilas etmək mümkün olmayacaq!
Tənəffüs bərpa olunan kimi, qusma başladığı halda zərərçəkənin boğulmaması üçün onu mütləq yanı üstə çevirmək lazımdır.
Uşaqlarda reanimasiyanın həyata keçirilməsinin öz xüsusiyyətləri vardır. Belə ki, uşaqlara, xüsusən də kiçik yaşında olanlara süni tənəffüs zamanı verilən havanın həcmini çox etmək olmaz! Çünki bu, onların ağ ciyərlərinin zədələnməsinə səbəb ola bilər! Buna görə də kiçik yaşlı uşaqlara süni tənəffüs verərkən, xilasedici hər dəfə öz yanaqlarını hava ilə dolduraraq yalnız bu həcmdə nəfəs verir. Kiçik yaşlı uşaqlarda başı arxaya tərəf çox əymək olmaz. 1 yaşınadək olan uşaqlarda xilasedici nəfəs verərkən öz ağzı ilə uşağın həm ağzını, həm də burnunu əhatə edir.
Əgər ürək döyünməsi varsa, süni tənəffüsü kiçik yaşlı uşaqlarda hər 3 saniyədən sonra bir dəfə, bir qədər iri yaşlı uşaqlarda və böyüklərdə isə hər 5 saniyədən sonra bir dəfə nəfəs vermək tezliyində olmaqla, zərərçəkənin özü sərbəst şəkildə nəfəs alanadək və ya "təcili yardım" gələnədək davam etdirmək lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1428   Tarix: 14 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

turlar.az

yaz geyimleri 2026 reseptler makiyaj instagram ədəbiyyat testləri dogum cantasinda ne olmalidir 1 hefteye 5 kq ariqlamaq quru yeməklər kosmetika uzeyir hacibeyli ariqla qadin.az vətən həsrəti turpun nağlı