Şüşə, yoxsa metal qab: Hansını ALAQ?
Qablaşdırma materialı yalnız "qutu" rolunu oynamır, eyni zamanda qidanın biokimyəvi tərkibinə təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, bəzi metal konserv qablarının daxili örtüyündə istifadə olunan Bisfenol A (BPA) maddəsi endokrin sistemi poza bilən kimyəvi hesab olunur.
Müasir istehsalda "BPA-free" etiketli məhsullar artsa da, onları əvəz edən alternativ maddələrin də oxşar risklər daşıya biləcəyi iddia edilir.
Şüşə qabların isə qida ilə kimyəvi reaksiyaya girmədiyi və tərkibə təsir etmədiyi vurğulanır. Bununla belə, şüşənin işıq keçirdiyi üçün bəzi vitamin və antioksidantların parçalanmasına səbəb ola biləcəyi qeyd edilir.
Digər tərəfdən, metal qabların işığı tam blokladığı, bu səbəbdən qidanın daha uzun müddət qorunduğu bildirilir. Uzunmüddətli saxlanma üçün metal qablar daha əlverişli hesab olunur.
Kimyəvi təmizlik, hormonal sağlamlıq və ən təbii dad almaq üçün, şüşə bankada olan məhsullar tövsiyə edilir. Xüsusilə uşaq qidasında şüşəyə üstünlük vermək endokrin sistemi qorumaq üçün vacibdir.
Büdcə və uzunmüddətli saxlama baxımından isə dəmir qutu daha məsləhətdir.
Mina Mikayılova
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO