Şüyüd haqqında bilmədikləriniz

Şüyüd haqqında bilmədiklərinizŞüyüd süfrəmizdə ən çox işlədilən göyərtilərdən biridir. Onu həm tək, həm də salatların tərkibində yeməyi çoxlarımız xoşlayırıq. Şüyüdün faydalı, müalicəvi təsirləri barədə bəzi məlumatları sizinlə bölüşmək istəyirəm.
Şüyüdün tərkibində C, B vitaminləri, karotin, nikotin və fol turşusu, qiymətli mikroelementlər, kalsium, dəmir, kalium və fosfor var. Tərkibindəki mikroelementlərə görə şüyüd mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, arterial təzyiqi aşağı salır, ürək damar fəaliyyətini yaxşılaşdırır. Güclü müalicəvi təsiri böyrək xəstəlikləri və sistitin əlamətlərini aradan qaldırır. Şüyüdün orqanizmə aşağıdakı müsbət təsirləri var:
- damarları genişləndirir
- bağırsağın peristaltikasını yaxşılaşdırır
- ödqovucu təsirə malikdir
- sidikqovucu təsirə malikdir
- qazqovucu təsiri var
- başağrısı və yuxusuzluğa faydası var
- uşaq əmizdirən analara südgətirici təsiri var.
Müasir tibb, şüyüdü təzə halda yeməyi məsləhət görür. Tibbdə 1 ml şüyüd yağını 1000 ml suya qatıb şüyüd suyu hazırlanır. Şüyüd suyu arterial təzyiqi aşağı salır, əzələlərin tonusunu yüksəldir.
Böyrək xəstəliklərində 1 xörək qaşığı doğranmış şüyüdün üzərinə 200 ml qaynar su tökülüb, 15 dəqiqə ağzı qapalı saxlanılıb içilir.
Meteorizm və qəbizlik zamanı 1 xörək qaşığı quru şüyüdün üzərinə 0,5 litir qaynamış su töküb 1 saat saxlanır. Gündə 3 dəfə, hər dəfə 0,5 stəkan yeməkdən qabaq içmək xəstəliyin əlamətlərini aradan qaldırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1642   Tarix: 20 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

geyim şəkilləri gelinlikler maskalar qis geyimleri salatlarin dizayni aysel elizade sevgilisi qadin dunyasi az kosmetika baldiza aid sac modelleri dieta hakışta sekis