Şüyüdlə yüksək təzyiqin müalicəsi - Xəstələrə əlavə dəstək
Şüyüd və toxumları qədimdən bir çox xəstəliklərin müalicəsində istifadə olunub. O, təzyiqi normallaşdırır, hemorroy, ishal, qastrit və yuxusuzluğa qarşıdır. Antioksidantdır, ödqovucudur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bir müddətdir təzyiq xəstələrinin şüyüdə marağı artıb və bir çoxları onun güclü təzyiq salıcı təsirinə inanaraq, dərmanlardan imtina edib,
Lakinelmi araşdırmalar sübut edib ki, şüyüd təzyiq dərmanları ilə yanaşı xəstələrə əlavə dəstək kimi effektlidir.
Şüyüdün tərkibindəki maddələr infarkt, insult, stenokardiya və damar problemlərini azaldır.
Necə istifadə etməli: Şüyüd toxumlarından çay və dəmləmə, cövhər hazırlamaq olar. 1 qaşıq toxumu qaynar suda termosda 45 dəqiqə dəmləyib. Gündə 3 dəfə yemək əsnasında içmək lazımdır. Şüyüdü göyərti kimi qatığa qatıb yemək, xörəklərdə istifadə etmək olar.
Davamlı istifadə etdikdə, hipertoniya dərmanlarının sayını xeyli azalda bilər. Şüyüd dəmləməsi içdikdən sonra təzyiqinizi ölçün.
Dərman qəbulundan sonrakı 2 saatda şüyüd istifadə etməyin. Təzyiqinizi çox salırsa, ya dərmanı azaldın, ya da şüyüdü.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir