Tahir İmanov : "Rəşid Behbudovun kürəkəni "Space TV"də bayağılığı təbliğ edir"
"Planet Parni iz Baku" komandasının üzvü, Əməkdar artist Tahir İmanov "Space" telekanalını sərt tənqid edib.
Open.az xəbər verir ki, "Instagram"da canlı efir açan T.İmanov sözügedən kanalda yayımlanan verilişlərin səviyyəsinin aşağı olduğunu deyib.
"Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev "Space TV"nin baş prodüseri olduğu halda, hər axşam bu telekanalda bayağılığı təbliğ edir.
"Sevimli mahnı" verilişi və telekanalda yayımlanan digər proqramlarda bayağı ifaçıların musiqiləri səsləndirilir. Bu, Azərbaycan muğamı, musiqisi, ritmi deyil. Fikirləşdiyiniz 6/8 ritmi deyil. Rəşid Behbudovun həmin ritmdə necə mahnılar oxuduğunu xatırlayın", - deyə T.İmanov bildirib.
Qeyd edək ki, zaman-zaman bir çox incəsənət nümayəndələri və ictimai xadimlər də "Space TV"də yayımlanan verilişlərin bayağılığı təbliğ etdiyini vurğulayıblar. (Oxu.az)









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?