Tanınmış estetik cərrahdan ŞİKAYƏT: "Burnum get-gedə əyilir" -FOTOLAR

Bakıda daha bir nəfər həkim səhlənkarlığının qurbanı olub.

Şəxsin özü Səbinə Nağıyeva məlumat verib. Onun sözlərinə görə bir il öncə Bakıda yerləşən Avrasiya Hospitalında burun əməliyyatı keçirib.

Plastik cərrah Sənan Mehdiyevin uğursuz əməliyyatı nəticəsində onun burnunda əyilmə müşahidə olunub. Əvvəlkindən də pis vəziyyətə düşüb.

"2015-ci ildə burnumda olan çəpər əyriliyinə görə əməliyyat keçirdim. Avrasiya klinikasının həkimi Sənan Mehdiyev burnumu tanınmaz hala saldı. Gipsi açandan sonra gördüm ki, burnum əyilir. Həkimə bunu dedikdə, cavab verdi ki, gözləyim, düzələcək. Ancaq getdikcə burnum daha da əyildi. Sonra yanına getdim ki, burnum pis vəziyyətdədir. Mənə cavabında dedi: "Suyun süzülə-süzülə bura nəyə gəlmisən? Əlimdən gələn budur". Bu görüşdən sonra mənimlə çox kobud davrandı. Avrasiya Hospitalının baş həkimi ilə görüşdüm. O da həkimin tərəfini tutdu. Mən onlara 1800 manat pul ödəmişəm. Onu geri istəyirəm. Buna görə də mən məhkəməyə müraciət etdim. Ayın 28-də Nəsimi Rayon Məhkəməsində baxış keçiriləcək".

Sayt əməkdaşları Avrasiya Hospitalının həkimi Sənan Mehdiyevlə də əlaqə saxlayıb. Onun sözlərinə görə, belə bir hadisə yadına gəlmir.

"Düzü, belə bir hadisəni xatırlamıram. Əgər həmin xanım narazıdırsa, bunu ekspertiza dəyərləndirməlidir. Mən başqa söz deyə bilmərəm. Məhkəməyə verilməyimi isə indi sizdən eşidirəm. Mənə heç bir bildiriş gəlməyib".

Avrasiya Hospitalından femida.az-a verilən məlumata görə, narazı vətəndaş yenidən həkimə müraciət edə bilər.

Xatırladaq ki, 2015-ci ilin martın 18-də Maliyyə-İqtisad Kollecinin 3-cü kurs tələbəsi 18 yaşlı Leyla Mürsəlova cərrah Sənan Mehdiyevin burun əməliyyatı aparmasından sonra həyatını itirmişdi.

Mənbə: femida.az
Tanınmış estetik cərrahdan ŞİKAYƏT: "Burnum get-gedə əyilir" -FOTOLARTanınmış estetik cərrahdan ŞİKAYƏT: "Burnum get-gedə əyilir" -FOTOLARTanınmış estetik cərrahdan ŞİKAYƏT: "Burnum get-gedə əyilir" -FOTOLARTanınmış estetik cərrahdan ŞİKAYƏT: "Burnum get-gedə əyilir" -FOTOLARTanınmış estetik cərrahdan ŞİKAYƏT: "Burnum get-gedə əyilir" -FOTOLAR

Xəbərlər     Baxılıb: 2326   Tarix: 27 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA

Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər. xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan v

.

"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ

Xərçəng haqqında çox danışırıq. Statistikalardan, müalicələrdən, dərmanlardan. Amma bu xəstəliyin arxasında dayanan insanlardan, onların qorxularından, ümidlərindən, yanlış bildiklərindən daha az danışırıq. Elə buna gör

.

Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət

Yuxu problemləri insult riskini 16% artırır. xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. İnsult ciddi və həyat

.

Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı

Yuxu zamanı beyin fəaliyyəti demensiya riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, bununla bağlı ABŞ-nin Kaliforniya Universitetinin alimləri araşdırma aparıb. Araşdırma çərçivəsində yaşı 40-94 arasında dəyişə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar prostat xərçəngi riskini artırır

Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib. -a istinadən bildirir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərd

.

Sümükləri möhkəmləndirən qidalar

60 yaşdan yuxarı insanların təxminən 30 faizi bud-çanaq sınığından sonra bir il ərzində həyatını itirir. xəbər verir ki, bu səbəbdən sümüklərin möhkəmliyini qorumaq və sınıq riskini azaltmaq üçün kalsium, D vitamini, zülal

.

İnsultdan əvvəl görünən təhlükəli əlamətlər

Nevroloqlar insultdan əvvəl ortaya çıxa bilən gizli əlamətlərə diqqət yetirməyə çağırıblar. xəbər verir ki, insult bəzi hallarda qəfil baş vermir və beyin günlər, hətta həftələr əvvəl müəyyən siqnallar verə bilər. Lakin b

.

Əl titrəməsinin 5 səbəbi

Əllərin titrəməsi çox vaxt narahatlıq yaratsa da, hər zaman ciddi xəstəlik əlaməti olmur. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda bu vəziyyət gündəlik faktorlarla bağlı olur və aradan qalxa bilər. Fransız mətbuatın

turlar.az

gozel gorunmek gözəllik məhsulları həkim məsləhəti paltarlar 2026 qabyuyan masin janrlar gəlinlik və toy dəbi kosmetika 8 mart olumu uşaq nece olur ağır itki hüzeyir hacibəyov