Tanınmış müğənni vətəndaşı döydüyünə görə ittiham edilir
Mustafa Can adlı şəxsə xəsarət yetirdiyi iddia edilən sənətçi Cengiz Kurtoğlunun "yaralamaq" və "təhqir etmək" ittihamı ilə məhkəməsi davam edir.
azxeber.com "Sputnik Türkiye"yə istinadən xəbər verir ki, məhkəmə tərəfindən sənətçiyə sonuncu dəfə vaxt verilib.
Keçirilən məhkəmə prosesində müttəhim Cengiz Kurtoğlu iştirak etməsə də, şikayətçi Mustafa Can və tərəflərin vəkilləri iştirak edib.
İclasda çıxış edən şikayətçi şəxs Tolqa Yüce adlı sənətçinin tədbirdən əvvəl onu ad gününə dəvət etdiyini bildirib.
Həmin vaxt müttəhim Kurtoğlunun yumruqlar vurduğunu və dişlərini sıxdığını deyən şikayətçi Can müğənnidən şikayətçi olduğunu dilə gətirib.
Məhkəmə qərarını açıqlayaraq, müttəhimin vəkilinə müvəkkili Cengiz Kurtoğlunu hazırlaması üçün son dəfə vaxt verilməsinə və şikayətçinin üzündə qalıcı çapıq olub-olmadığına dair protokol tərtib edilməsinə qərar verərək iclası təxirə salıb.
Qeyd edək ki, iddianamədə şübhəli bilinən Cengiz Kurtoğlunun "sadə xəsarət" maddəsi ilə 4 aydan 1 ilə, "təhqir" maddəsi ilə 3 aydan 2 ilə qədər, cəmi 7 aydan 3 ilədək həbs cəzası istənilib.
Mikayıl









Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
Danla Bilic yenidən əməliyyat olundu - Fotolar
Məşhur aktyor vəfat etdi
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq