Tanınmış professordan Azərbaycandakı gözəllik salonları ilə bağlı XƏBƏRDARLIQ

Tanınmış professordan Azərbaycandakı gözəllik salonları ilə bağlı XƏBƏRDARLIQMəlum olduğu kimi, artıq gözəllik salonlarına da qadağalar gəlir.
Analitik Ekspertiza Mərkəzi məlumat yayaraq bildirib ki, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur.
Milli.Az xəbər verir ki, bu üsullar "kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.
Bəs, gözəllik salonlarında tibbi kosmetologiya prosedurlarının həyata keçirilməsinin hansı riskləri var?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a danışıb:
"Gözəllik salonlarında tibbi prosedurlar aparıla bilməz. Bu, birmənalı olaraq belədir. Dünyanın heç bir yerində gözəllik salonlarında tibbi prosedurlar həyata keçirilmir. Tibbi prosedurların aparıldığı məkanda müvafiq avadanlıqlar olmalıdır. Sterillik təmin edilməlidir. Aseptika və antiseptika qaydalarına əməl olunmalıdır. Orada mütləq sterillik üçün xüsusi avadanlıq - autoklav olmalıdır.
Bundan əlavə, hər hansı bir prosedur zamanı baş verə biləcək fövqəladə halların, məsələn, anafilaktik şokun qarşısını almaq üçün lazımi tibbi ləvazimat və dərmanlar mövcud olmalıdır. Yəni tibbi prosedurlara barmaqarası yanaşmaq olmaz. Əks halda kiminsə çantasında bir iynə gəzdirib üzə vurması kimi hallarla qarşılaşarıq.
Məsələn, mezoterapiya dediyimiz prosedurda istifadə olunan maddələr hialuron turşusu əsaslıdır. Bu maddələr üz dərisinin revitalizasiyası, yenilənməsi, nəmləndirilməsi, detoksikasiya edilməsi və maddələr mübadiləsinin yaxşılaşdırılması məqsədilə seçilir. Lakin bu zaman xəstənin anamnezi, allergiyası və digər tibbi göstəriciləri mütləq yoxlanılmalıdır. Bu isə yalnız həkimin işidir. Ona görə də dünyanın hər yerində üzə iynə vurmaq hüququ ancaq və ancaq tibbi təhsili olan həkimlərə məxsusdur.
Nəinki gözəllik salonlarında kosmetoloji prosedurlar tətbiq edilə bilməz, hətta kosmetoloji prosedurlarla məşğul olan şəxslərin dövlət tərəfindən verilmiş lisenziyası və müvafiq ixtisas üzrə baza rezidentura təhsili olmalıdır. Bu təhsil yalnız ali tibb məktəblərində verilir.
Əgər şəxs bu tələblərə cavab vermirsə, onun kosmetoloji prosedurlarla məşğul olmaq hüququ qətiyyən olmamalıdır". 
Milli.Az

Xəbərlər     Baxılıb: 1818   Tarix: 02 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qadın geyimi qis geyimləri 2026 kosmetik vasiteler göyəm turşusu 2026 yaz geyimleri dunyanin gozellikleri qadın və cəmiyyət kosmetika pomidor novruz hakışdaları hakışta məsəllər birlik haqqinda