Tapmacalar (4-cü hissə)
47. Taxta-dəmir,
Gah əyilir,
Gah düzəlir.
48. Nə baltadı, nə kərki,
Bütün kəsərdən iti.
49. O hansı quşdu, uçduğu
Yuvasına qayıdıb girə bilməz.
50. Qaşıqda oturub ayaqlarını sallayır.
51. Ağaca təpə, başı günə,
Nə köpəkdir nədə təpə.
52. Qoz ağacın oyarlar
üstünə tel qoyarlar
Vaxtsız durub ağlasa
Qulağını burarlar.
53. Yumuru təkər, əllərdə gəzər.
54. Çömçə başı məndiri,
Belində var kəndiri.
Milçək qonsa vızıldar
Əl dəyəndə sızıldar.
55. Bizim evdə bir kişi var
Təpəsində üç dişi var.
56. Daşdandı, dəmirdəndi,
Xörəyi xəmirdəndi.
Aləmə yemək verər.
Özü doymaz nədəndi?
57. Dörd qardaş var,
Ha ötüşürlər
Biri-birinə
Çata bilmirlər.
58. Qaradı gözü, uzundu sözü.
59. Xərcləməsən azalar.
Xərcləsən Çoxalar.
60. Savadı olmayan Zənciyə nə deyirlər ?
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur müğənni barədə istintaq başladıldı
100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə
Türkiyəli aktrisa 9-cu dəfə əməliyyat olunacaq
Bu qidalar prostat xərçəngi riskini artırır
Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin
Həsən Osmanov vəfat etdi