Tarif Şurasından qaz və işıq pulu haqda növbəti AÇIQLAMA

Tarif Şurasından qaz və işıq pulu haqda növbəti AÇIQLAMAPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq Tarif (qiymət) Şurası elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limiti artırıb.

Bunu Azərtac-a açıqlamasında Tarif (qiymət) Şurası katibinin müavini Ceyhun Nəcəfov deyib. O, bildirib ki, Tarif (qiymət) Şurasının tarif tənzimlənməsi ilə bağlı qəbul etdiyi qərar əsasında elektrik üzrə 72 faiz abonentlərə tarif dəyişikliyi təsir etməyəcəkdisə, artıq bu yeni qərardan sonra həmin abonentlərin sayı 80 faizə, təbii qaz üzrə isə həmin göstərici 62 faizdən 75 faizə yüksəlib. Başqa sözlə, tarif dəyişikliyi elektrik enerjisi üzrə hər 5 abonentdən 4-nə, qaz üzrə isə hər 4 abonentdən 3-nə təsir etməyəcək.

Xatırladaq ki, Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixlində keçirilən iclasında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilib. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə 1 kilovat-saat üçün 7 qəpik səviyyəsində saxlanılıb.

Dekabrın 22-də dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Elektrik enerjisinə görə yeni tarif qiymətləri dekabrın 1-dən, mavi yanacaq üzrə isə yanvarın 1-dən tətbiq ediləcək.

Xəbərlər     Baxılıb: 2282   Tarix: 24 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanla

.

Xərçəngin bu növü Y nəslinin yeni kabusuna çevrilib

Son illərdə daha çox gəncdə rast gəlinən aqressiv xərçəng növü - apendisit xərçəngi - tibb mütəxəssislərini ciddi narahat edir. Bu xəstəliyin dəqiq səbəbi hələ müəyyən edilməyib, lakin yayılma sürəti narahatedici səviyyəy

.

Qəhvəni bu məhsulla birlikdə için – aclıq yadınızdan çıxacaq

Qəhvə ilə qoz-fındıq yalnız dadlı deyil, həm də faydalı bir birləşmədir. Bu tandem beynin fəaliyyətini dəstəkləyir, stres səviyyəsini azaldır və sizi bütün gün üçün enerji ilə təmin edir. bununla bağlı məlumatları sizə təqdi

.

Bu meyvə virusun düşmənidir, mədənin isə

Əncir mədə və bağırsaq üçün tapıntı hesab olunur.  istinadən xəbər verir ki, əncirin qabığı həzm sistemindəki faydalı bakteriyalar üçün əla qida mənbəyidir. O, antiseptik xüsusiyyətlərə malikdir və zərərli mikroorqanizmləri

.

Erkən hamiləliyin fəsadı

Hamiləlik və doğum qadın üçün həmişə ölümlə nəticələnə bilər. Əlbəttə ki, burada yaşın da rolu var. Təəssüf ki, ana olanlar arasında yeniyetmələr var. xəbər verir ki, bu barədə Həkim Pərvanə Mustafayeva -a açıqlamasında 15-1

.

Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?

Uşaqlar arasında parvovirus yayılıb. xəbər verir ki, valideynlərin sözlərinə görə, virus qızartı və qızdırma ilə müşahidə olunur. İki yaş yarımlıq övladı olan valideyn üç gündür, övladının bu virusa yoluxduğunu söyləyib

.

Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq - Bədəniniz çürüyə bilər

Son illərdə estetik prosedurların populyarlaşması ilə dolğu (filler) tətbiqlərinə maraq xeyli artıb. Bəzi hallarda dolğuların ciddi fəsadlara - o cümlədən toxuma zədələnməsi və hətta dəri altı nahiyələrin çürüməsinə (nekroza

.

Bəzi xiyarlar niyə acı dadır?

Xiyarın bəzən acı dad verməsi bir çox insanı narahat edir. Mütəxəssislər bu halın əsas səbəbinin xiyarın tərkibindəki "kukurbitasin" adlı maddə olduğunu bildirirlər. xəbər verir ki, bu maddə xiyarın xüsusilə uc

.

Belə yuxular görənlər tez ölür

Yeni elmi araşdırmaya görə tez-tez kabus görən şəxslər daha erkən yaşlanır və 70 yaşına çatmadan ölüm riski üç dəfə artır. xəbər verir ki, Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperial College London"u

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yaz geyimleri 2025 kosmetika mehsullari qadin dunyasi kesmikli banan alimlər eroziya xesteliyi kakao webnem tovuzlu haqisda novruz bayrami turpun nağlı kahfe fali