Təbii yağları necə ayırd etməli? - Ekspert açıqladı
Son zamanlar tez-tez saxta kərə yağlarının istehsalı və satışı ilə məşğul olan müəssisələr barədə məlumat yayılır. Nəticədə insanların istifadə etdiyimiz yağların təbiiliyinəı şübhəsi artır. Bəs təbii yağı necə ayırd etmək olar?
Mövzu ilə bağlı modern.az-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, satışda olan bəzi kərə yağlarının tərkibində uyğunsuzluq aşkar edilir, bu çox xoşagəlməz və yolverilməz haldır:
"Biz istehlakçılar bu halların qarşısını hansısa bir yolla ala bilmərik, amma yağ alarkən bəzi məqamlara diqqət edərək özümüzü qoruya bilərik. Əsl kərə yağı qaynar suya salınanda bütöv şəkildə əriyirsə, onu yeyə bilərsiniz. Kərə yağı otaq temperaturunda bir müddət sonra əriyirsə təəssüf ki, əsl kərə yağı deyil. Aldığınız kərə yağını tavaya əlavə etdikdə yüksək temperaturda əriyib köpüklənirsə, bu əsl kərə yağıdır".
Ekspertin sözlərinə görə, aldığınız kərə yağı tavada əriyir və öz rəngindən daha tünd rəng alırsa təəssüf ki, aldığınız yağının tərkibi qatqılarla zəngindir:
"Təbii təzə süddən alınan, süd yağından istehsal olunan əsl kərə yağının qiyməti yüksəkdir. Kərə yağını bıçaqla kəsəndə kiçik parçalara ayrılırsa, bu əsl kərə yağıdır. Təəssüf ki, indi satışda etiketində düzgün məlumatlar olmayan və qiyməti həddindən artıq baha olan yağlar var. Bu halların baş verməsinin səbəbi nəzarətin zəif olmasıdır, hər halda bu cür halların araşdırılıb ortaya çıxarılmasını da müsbət hal kimi qiymətləndirmək olar".
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi