TƏCİLİ! Bakıda əhali kütləvi ETİRAZ aksiyasına başladı - Maaşlara görə + FOTOLAR

"Azərinşaatservis" MMC-nin keçmiş işçiləri etirazları davam etdirir.

Bu gün səhər saatlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşan keçmiş əməkdaşlar əmək haqqlarını ala bilmələri üçün kömək istəyiblər.

"Azərinşaatservis" MMC-nin 40-a yaxın əməkdaşı nazirliyin qarşısına toplaşıb. İşçilər bildiriblər ki, dəfələrlə müxtəlif qurumlara getsələr də, amma heç bir nəticə əldə edilməyib. Son olaraq isə bura gəliblər.

"Azərinşaatservis"in keçmiş işçisi Kərimov Firudin Qaynarinfo.Az-a açıqlamasına bildiririb ki, bura toplaşanlar rayonlardan gəliblər: "Pulunu ala bilmiyənlərin çoxu gələ bilməyib. Şirkətin minlərlə fəhləsi var. Yüzlərlə fəhlə pulunu ala bilmir. Şirkətin özünə dəfələrlə müraciət etmişik. Amma cavabsız qalıb".

Şirkətin hazırda işçisi olan Sahilov Əsəd də maaş ala bilməyənlərdəndir. Onun sözlərinə görə, 2015-ci il oktyabrın 2-dən onu öz hesabına məzuniyyətə buraxıblar:

"Nə maaş vermirlər, nə də işə çağırmırlar. Hazırda adım şirkətdə sürücü kimi gedir. İşdən çıxarılmamışam. Maşınımı alıb qaraja qoyublar. Mənə deyirlər sənin müqavilən müddətsiz olduğu üçün işdən çıxara bilmirik. Özün ərizə yaz çıx".

Şirkətin daha bir işçisi Rusif Quliyev də qeyd edib ki, bura toplaşanlar şirkətdən xeyli miqdarda pul almalıdırlar:

"Xaçmazdan bura 6 nəfər gəlib. Təkcə onlar şirkətdən 7500 manat pul almalıdır. Onların 2015-ci ilin oktyabr, noyabr ayları üçün maaşları da qalıb. Axrıncı dəfə 2015-ci ilin may ayından qalan maaşları noyabrda ödədilər. Ondan sonra maaş vermədilər. Bunların özünəməxsus ödəmə prinsipləri var. Maaşları vaxtlı-vaxtında deyil, 2-3 aydan bir, gecikdirərək verirdilər. Axrıncı maaşı da çox adam ala bilmədi. Çünki onlar şirkətdən xeyli miqdarada pul almalıdır. Keçən aksiyada biz şirkət rəhbərliyinə sual verdik ki, necə olur cari aylar ödənir, ancaq əvvəlki aylar qalır? Sualımız cavabsız qaldı. Arada qalan ayların pulunu verməkdən imtina edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qabağına yığışaraq pulumuzun alınmasında yardımçı olmaqlarını istəyirik. İşçilərin işdən çıxarılması ilə yanaşı ödənişlər də qanuna zidd aparılır. 2015-ci ilin noyabr-dekabr ayından olan maaşlar qalır, 2016-ci ilin noyabrında maaş verirlər. Bu na necə olur ki, köhnə maaşlar qaldığı halda yeni maaş verilir? Bunu bizə əsaslandırsınlar".

İşçilər bildirib ki, şirkətin Masallıda, Ağdaşda, Xaçmazda, Lənkəranda və digər yerlərdə layihələri vardı:

"Bu layihələrə milyonlarla vəsait ayrılıb. Layihədə çalışan fəhlələrdən heç kim pulunu ala bilmir. Hazırda rayonda olan fəhlələrin çoxu gələ bilməyib. Burda hər layihədə işləyən 5-6 fəhlə var. Bir həftə şirkətin önünə toplaşdıq. Deyirlər ki, maliyyə əməliyyatlarına nazirlik baxır. Maaşlar da siyahı da təsdiqlənərək maliyyə nazirliyinə göndərilib. Biz də nazirliyə gəldik. Ancaq burdan da mənfi cavab aldıq. Bildirdilər ki, məslə ilə bağlı məlumatları yoxdur. Keçən həftə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gəldik. Nazirliyin Qoşqar adlı əməkdaşı bizi qəbul etdi. Bu gün də qəbul etdilər. Bildirdilər ki, məsələ ilə bağlı araşdırmalar aparılır. Bir həftəyə cavab veriləcək". (Qaynarinfo.Az)
TƏCİLİ! Bakıda əhali kütləvi ETİRAZ aksiyasına başladı - Maaşlara görə + FOTOLARTƏCİLİ! Bakıda əhali kütləvi ETİRAZ aksiyasına başladı - Maaşlara görə + FOTOLARTƏCİLİ! Bakıda əhali kütləvi ETİRAZ aksiyasına başladı - Maaşlara görə + FOTOLARTƏCİLİ! Bakıda əhali kütləvi ETİRAZ aksiyasına başladı - Maaşlara görə + FOTOLARTƏCİLİ! Bakıda əhali kütləvi ETİRAZ aksiyasına başladı - Maaşlara görə + FOTOLARTƏCİLİ! Bakıda əhali kütləvi ETİRAZ aksiyasına başladı - Maaşlara görə + FOTOLAR

Xəbərlər     Baxılıb: 3493   Tarix: 13 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Aspirin xərçəng riskini azaldır?

Aspirin uzun illərdir əsasən ağrıkəsici və qan durulaşdırıcı kimi istifadə olunsa da, onun xərçənglə bağlı mümkün təsirləri də alimlərin diqqət mərkəzindədir. xəbər verir ki, "University of Oxford"də aparılan bəz

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

turlar.az

qadin sayti sade makiyaj sekilleri yay geyimləri 2026 gəlin paltarları plov reseptləri gənc ana pustenin faydalari kosmetika məsəllər heyati kurtlar vadisi qadin saglamlig suni mayalanma