TƏCİLİ! Çörəyin qiyməti ilə bağlı VACİB XƏBƏR

TƏCİLİ! Çörəyin qiyməti ilə bağlı VACİB XƏBƏRDünya bazarında ərzaq buğdasının qiyməti 2016-cı ilin dekabr ayında 122,8 dollar, 2017-ci ilin yanvar ayında 137 dollar olduğu halda, bu gün 187, 4 dollar təşkil edir. Bu durumdan ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz buğdaya olan ehtiyacını idxalın hesabına ödəyir. Təkcə ötən il ölkəyə 1 milyon 599 min ton buğda idxal olunub. İdxaldan bu dərəcədə aslılıq olduqca təhlükəlidir. Buğdanın qiymətinin qalxması çörəyin qiymətinə, yaxud da çəkisinə təsirsiz ötüşməyəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, dünya bazarında buğdanın qiymətinin artması yerli bazara təsir göstərəcək:

"Azərbaycanda bu cür qiymət artımlarının fonunda çörəyin qiyməti fərqli formada tənzimlənir. Qiymət sabit qalsa da, çəki azalır. Çəkinin azalması elə qiymət artımı deməkdir. İnsanlar çəkinin azalmasına elə də diqqət yetirmir. Bu səbəbdən hökumət vəziyyətdən çıxış yolu kimi belə addım atır. Təəssüflər olsun ki, Azərbaycan özünü çörəklə təmin edəcək keyfiyyətli buğda istehsal etmir. Bu gün Azərbaycanda unun ən yaxşı halda 30-35 faizi ölkədə istehsal edilən buğdadan hazırlanır. Buğdanın böyük əksəriyyəti Ukrayna, Rusiyadan gətirilir. Dünya bazarında taxıl, buğdanın qiymətinin artması un məmulatlarından hazırlanan, ölkəyə gətirilən məhsulların qiymət artımına səbəb olacaq. Böyük ehtimalla yenə də çəki üzərində oynama olacaq".

Cebhe.info bir sıra statistik rəqəmləri diqqətinizə çatdırır:

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycana 1623.18 ton, 909.91 ABŞ dolları dəyərində toxumluq bərk buğda idxal edilib. Bərk buğda, digərlərin miqdarı 382930.59 ton olub. Bunun üçün xərclənən məbləğ isə 73591.22 ABŞ dolları olub. Toxumluq yumşaq buğda və meslin, pərinc 8552.99 ton olub. Xərclənən məbləğ isə 2546.08 ABŞ dolları olub. Yumşaq buğda və meslin, digərləri 1206492.56 ton olub ki, bunun üçün də 217970.98 ABŞ dolları xərclənilib. Dövlət Statistika Komitəsinin son hesabatında qeyd olunub ki, 2015-ci ildə ölkə üzrə buğdanın məhsuldarlığı 27 sent/ha olub.

Xəbərlər     Baxılıb: 2775   Tarix: 11 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbul

.

Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR

Gəzərkən artan ağrı, ayaqlarda uyuşma və qısa məsafədən sonra dincəlmə ehtiyacı onurğa kanalının daralması xəstəliyinin ilkin əlamətləri ola bilər. Xüsusilə 55-60 yaşdan sonra daha çox rast gəlinən bu problem irəlilədikd

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

turlar.az

sac duzumleri gözəllik məhsulları toy makiyaji sekilleri erroziya nədir baliq yagi göyəm turşusu qış tədarükü kosmetika gozde olar qiz evi haxista zəhmət novruza aid hakisda burclerin uyumu