TƏCİLİ! Məşhur azərbaycanlı iş adamı Nurçu dəstəsinin belə qurbanı oldu - FOTOLAR

Qəbələdə tanınmış Haciyev Arifin oğlu Səttar Hacıyev Nurçulardan ibarət quldur dəstənin qurbanı olub.

O, BiG.AZ-a bunları danışdı:

"Nikoil" bankdan götürdüyüm krediti ödəməkdə çətinlik çəkdiyim üçün Ayaz Əliyev adlı tanışımdan borca 4000 AZN pul istədim.
O da öz növbəsində borca yox, sələmə pul verdiyini bildirdi. Dediyinə görə, sələmdə 300 000 manatdan çox pulunun dövr etdiyini bildirərək nə qədər lazımdırsa, mənə sələmə - aylıq 10 faizlə verə bildiyini söylədi.
Razılaşma əsasında ondan 10 faizlə 4000 AZN götdüm. Razılaşmaya əsasən, bir ay sonra 4400 AZN qaytarmalı idim. Üzərindən 7-8 gün keçdikdən sonra Ayaz məni "Nurçu" cəmiyyətinə qoşulmağı təklif etdi və məni gecələr toplaşdıqları məclislərə dəvət də etdi.
Bunun müqabilində məndən aylıq 3500 AZN cəmiyyətin fonduna pul ödəməyi tələb etdi. Əvəzində, qısa zamanda hər şeyin dəyişəcəyini və bu cəmiyyət vasitəsi ilə mənim imkanlarımın genişlənəcəyinə dair vədlər verirdi. Təbii ki, mən bütün bundan imtina etdim və hətta ona düzgün yolda olmadığını bildirdim.
Elə bu söhbətdən 2-3 gün sonra Ayaz mənə təcili olaraq 6000 AZN ödəməli olduğumu dedi. Bu pulu ödəməyim üçün məni başqa tanışının üzərinə göndərdi. Onlar da öz növbəsində Ayaz kimi faizi vaxtından əvvəl qaldırmaqla məni soymağa başladılar.
Sən demə, Ayaz Əliyev haqqımda digər tanışlarına - Elgün Hüseynov, Simyar Əskərəliyev, Ayaz Əliyev, Vaqif Osmanov, Emin Quliyev, Seferov Samir, Seferov Nadir, Seferov Ramin, Kazımov Ceyhun və digər qrup üzvlərinə ötürüb. Onlar da özlərini MTN Kapitanı, MTN Nərimanov rayon rəisi, DİN əməliyyat müvəkkili, kriminal aləmlə yaxın şəxslər kimi, yuxarı dərəcəli nurçu kimi, türmədə rəis müavini, Eldar Mahmudovun sürücüsü kimi təqdim edərək - silahla, saxta vəsiqə ilə məni hədələyərək nağd pul və əmlak şəklində mənim 700 000 AZN vəsaitimi mənimsəyiblər.

Sonuncu dəfə isə iki nəfər məni Əhmədli metrosu ərazisində döyərək, məndən 170 000 ABŞ dolları pul istədilər. Mən də hadisə Xətai ərazisində baş verdiyi üçün Xətai Prokurorluğuna müraciət etdim. Bundan sonra cinayət işi başladı və İstintaqı üçün Xətai polis İdarəsinə göndərildi.
İşi Baş Müstəntiq Vüsal Şahbazov aparırdı.
Lakin istintaq lazımi qaydada aparılmadığı, işə biganə yanaşıldığı, cinayətkarların əksəriyyətinin, o cümlədən, şahidlərin dindirilmədiyi, səslər ekspertizaya göndərilmədiyi halda, mənə işin məhkəmədə olduğunu bildirirdilər. Dəstənin digər üzvləri ilə məhkəmə çəkişməsinin olmadığı və etdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmədikləri fakt olsa da lazımi tədbir görülməmişdir.
Cinayət işi başlandıqdan sonra Ayaz Əliyev üzərimə avtomobil sürdü,
məhkəmələrə Nurçular vasitəsi ilə müdaxilə etdirdiyini bildirdi və hətta yenidən cəmiyyətin fonduna pul ödəməyi tələb etdi. Dayısı Teymura əmr verərək mənə psixi təsir etməyə başladılar.
Hədələr bitmədiyindən mən Birinci xanım Mehriban Əliyevaya, Prezident İlham Əliyevə, DİN rəhbərliyinə müraciət ünvanladım və İstintaq DİN Baş İstintaq İdarəsi tərəfindən nəzarətə götürüldü".

Bundan əlavə, Səttar Haciyevin BiG.AZ-a onu da bildirdi ki, cəmiyyətdə onunla bağli böhtan xarakterli məlumatlar yayirlar. 3 gün əvvəl DİN Baş İstintaq İdarəsinə dəvət edildiyini və İstintaqın şəffaf aparılacağından narahat olmadığını bildirib:
"DİN rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. İndi bildim ki, ölkəmizdə qanunlar yüksək səviyyədə işləyir. Onu da bildirmək istəyirəm ki, kiminsə başına cinayətlə oyun açıblarsa, əminliklə deyə bilərəm ki, narahat olmasınlar. Çünki ölkəmizdə hüquq-mühafizə orqanları yüksək peşəkarlıqla çalışır. Təbii ki, bu da cənab Prezidentimiz İlham Əliyevin əməyinin bəhrəsidir".

İşlə bağlı sənədləri və adı çəkilən dəstə üzvlərinin şəkillərini sizə də təqdim edirik:
TƏCİLİ! Məşhur azərbaycanlı iş adamı Nurçu dəstəsinin belə qurbanı oldu - FOTOLARTƏCİLİ! Məşhur azərbaycanlı iş adamı Nurçu dəstəsinin belə qurbanı oldu - FOTOLARTƏCİLİ! Məşhur azərbaycanlı iş adamı Nurçu dəstəsinin belə qurbanı oldu - FOTOLARTƏCİLİ! Məşhur azərbaycanlı iş adamı Nurçu dəstəsinin belə qurbanı oldu - FOTOLAR

Xəbərlər     Baxılıb: 4462   Tarix: 26 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 geyim seçimi yaz geyimleri 2026 muslim somen beautiful hamiləlikdə qidalanma sabir haciyev qidalandirici maskalar kosmetika birlik aslan atalar sözü novruza aid oğlan evine aid hakisda