Təcili xəstəxanaya çatdırılan əməkdar artistdən SON XƏBƏR: 10 gün ərzində...
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl əməkdar artist Əjdər Həmidov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda aktyorun səhhəti normallaşıb.
Bu barədə sənətçi BiG.AZ-a açıqlamasında deyib. 12 gündür ki, 1 saylı şəhər xəstəxanasının nevrologiya şöbəsində müalicə olunan aktyor artıq evə buraxılıb.
Ə.Həmidov müalicəsinə ev şəraitində davam edəcək.
"İndi evdəyəm, səhhətim yaxşıdır. Hər şey qaydasındadır. Xəstəxanaya aparılanda təzyiqim 260-a çatmışdı, insult olmaq həddində idim. Məni müalicə etdilər. Nevrologiya şöbəsinin müdiri Lalə Tağızadəyə minnətdarlıq edirəm. Mənə tapşırıblar ki, özümü qoruyum. Müalicəmi indi ev şəraitində davam edir. 10 günə ayağa qalxacam".
f Paylaş