"Təcili yardım" çağıranda

Əlbətdə ki, sonradan bəlaya düçar olan adama kömək etməkdənsə, ilk növbədə istənilən bədbəxt hadisənin qarşısını almağa çalışmaq lazımdır.
Bunun üçün sadəcə olaraq özünüzə, öz yaxınlarınıza, uşaqlarınıza qarşı kifayət qədər diqqətli olmağınız, sizi bir çox təhlükəli vəziyyətlərdən qoruyar. Bütün bunlara baxmayaraq, hər hansı bir bədbəxt hadisə baş vermiş olarsa, ilk növbədə vahiməyə düşməmək, hay-küy salmamaq, özünüzü ələ almaq lazımdır. Çünki, bu zaman məhz sizin biliklərinizdən, düzgün və savadlı hərəkətlərinizdən, sizə yaxın olan adamın sağlamlığı və hətta həyatı da asılı ola bilər!
Beləliklə, kim isə sağlamlıq və həyat üçün təhlükəli olan bir vəziyyətə düşərsə, ilk növbədə 103 nömrəsinə zəng vurmaqla "təcili yardım" çağırmaq lazımdır! İdeal halda - kömək edənlərdən biri "təcili yardıma" zəng etməli, digəri isə ləngimədən zərərçəkənə həkimə qədərki ilk tibbi yardım göstərilməsinə başlamalıdır. Həyat üçün təhlükəli olan aşağıdakı hallarda "təcili yardım" çağrılması mütləq tələb olunur:
- yaralanmalar;
- suda boğulma;
- qanaxmalar;
- yanıqlar;
- travmalar;
- doğuş;
- huşun itirilməsi;
- qıcolmalar;
- ürək nahiyyəsindəki güclü ağrılar;
- heyvanlar tərəfindən dişləmələr;
- arterial təzyiqin kəskin şəkildə yüksəlməsi və ya enməsi;
- ürək fəaliyyətinin və tənəffüsun dayanması;
- ilan sancması;
- donvurma;
- şok;
- elektrotravmalar;
- kəskin ağrılar və s. bu kimi hallar.
"Təcili yardıma" zəng etdikdə həyacanlanmayın, ünvanınızı (küçənin adı, evin, blok və mənzilin nömrəsi, mərtəbə) dəqiqliklə söyləyin, xəstənin adını və yaşını, onunla nə baş verdiyini, hazırda vəziyyətinin necə olduğunu "iki kəlmə" ilə izah edin. "Təcili yardımın" dispetçerinin bütün suallarına təmkinlə, hirslənmədən cavab verin - bu çox vacibdir! "Təcili yardım" ünvanınızı tapmaqda çətinlik çəkdiyi halda sizə zəng vurmaq üçün mütləq öz telefon nömrənizi də verin. Zəng vurarkən telefon aparatının yanında kağız və qələm də saxlayın - ola bilər ki, "təcili yardım" gələnə qədər həkim sizə bəzi məsləhətlər də verə bilər! Heç bir  halda, "təcili yardımın" dispetçeri telefon danışığını özü bitirməyənə qədər onunla əlaqəni kəsməyin. "Təcili yardım" maşınını qarşılamaq üçün mütləq küçəyə çıxın. Yaşadığınız ərazini tapmaq çətin olduğu halda (özəl ev, yeni tikilən binalar və s.) bu xüsusilə vacibdir! Bu yolla siz vaxta xeyli qənaət edərək "təcili yardımın" sizə daha tez çatmasına köməklik edərsiniz!
Zərərçəkən kritik (çox ağır) vəziyyətdə deyilsə və onu sərbəst şəkildə nəqliyyatla daşımaq olarsa (məsələn, oynağın çıxığı, mürəkkəb olmayan sınıq, çox da geniş olmayan yanıq və s.), ona həkimə qədərki ilk tibbi yardım göstərdikdən sonra yaxınlıqdakı travmatoloji məntəqəyə və ya xəstəxanaya çatdırmaq lazımdır. Bədənin ciddi zədələnmələri, güclü qanaxmalar zamanı, huşsuz vəziyyətdə olan, tənəffüsü və ürək döyünməsi olmayan, şok vəziyyətində olan xəstələri, miokard infarktı və ya insulta şübhə olduğu hallarda mütləq "təcili yardım" maşınını gözləyin!
Əgər sizə yaxın olan adam ağır vəziyyətdə olarsa, "təcili yardım" gələnə qədər xəstəxanaya aparılmasına hazırlaşmaq üçün onun şəxsiyyət vəsiqəsini, sığorta vəsigəsini (əgər varsa), ən vacib şəxsi əşyalarını hazırlayın.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 942   Tarix: 19 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Köp niyə yaranır və ondan necə xilas olmaq olar?

Hər yeməkdən sonra qarnınızda narahatlıq və doluluq hiss edirsinizsə, bu, bədəninizin həzm prosesində çətinlik çəkdiyinin siqnalıdır. Şişkinlik qaçılmaz bir hal deyil, düzgün vərdişlərlə idarə oluna bilən bir prosesdir. xəbə

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

.

Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır

Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasında

.

Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları

Xroniki yorğunluq sindromu (həmçinin "Mialgik Ensefalomielit" adlanır) istirahətlə keçməyən, gündəlik fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran dərin fiziki və zehni yorğunluğa səbəb olan mürəkkəb və uzunmüddətl

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

.

Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?

"İsti havalarda uzun müddət günəş altında qalan və ya yüksək temperatur şəraitində fiziki fəaliyyət göstərən şəxslərdə günvurma baş verə bilər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagra

turlar.az

adlarin menasi sac duzumleri makiyaj instagram psixoliji məsləhətlər 2026 hicab geyimləri ilk tibbi yardim arıqlamaq qaydaları kosmetika muellim seiri ekizler novruz hakıştası bayatı insan