Tədqiqatçı alim: Peyvəndləmə davamlı və üstün immunitet qazandırır

Tədqiqatçı alim: Peyvəndləmə davamlı və üstün immunitet qazandırırKoronavirusdan sağalan insanlarda formalaşan immunitetlə COVID-19 əleyhinə vurulan peyvənddən sonra qazanılan immunitetin xüsusiyyətləri ilə bağlı elmi tədqiqatlar aparılıb.
Milli.Az bildirir ki, bununla bağlı açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev AZƏRTAC-a deyib ki, tədqiqatlarla orqanizmdə hər iki formada əmələ gələn immun gücü müqayisə və təhlil edilib.
Alimin sözlərinə görə, xüsusən "AstraZeneca" və "Biontech/Pfizer" peyvəndi üzərində aparılan araşdırmalar nəticəsində vaksinin qazandırdığı immunitetin daha güclü olduğu məlum olub:
"Əsassız olaraq insanlar arasında virusdan sağaldıqdan sonra qazanılan immunitetin COVID-19-a qarşı ən güclü və davamlı qorunma üsulu olduğu barədə fikirlərə rast gəlinir və bəzən də bu peyvənddən imtina səbəbi kimi göstərilir. Lakin bu istiqamətdə aparılan son tədqiqatlar bu fikirləri heç də təsdiqləməyib. Belə ki, bu tədqiqatlarda xüsusi olaraq immunitetimizin əsasını təşkil edən anticisimlərə və T hüceyrələrinin əmələ gəlməsinə müqayisəli şəkildə baxılıb. Tədqiqatın nəticələrinə görə sübut edilir ki, peyvəndləmədən sonra xəstəliyi ağır keçirməməyə və ya müəyyən formada bir daha yoluxmamağa səbəb olacaq immunitet xəstələnib sağaldıqdan sonra yaranan immunitetdən daha davamlı və üstündür. Bu da bir elm adamı kimi mənə onu deməyə əsas verir ki, insanlar COVID-19-a yoluxub sağaldıqlarına görə daha davamlı immunitetə sahib olduqlarını düşünürlərsə səhv edirlər, daha davamlı və üstün immuniteti onlar peyvəndləmədən sonra qazana bilərlər ki, bu da onlara xəstəliyi bir daha ağır keçirməməyə tam zəmanət verir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1742   Tarix: 16 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

geyim və ayaqqabılar geyim seçimi adlarin menasi seksual fotolar usaq otagi dizaynlari genc aile tanınmış qadınlar kosmetika gülməli hakıştalar novruz hakıştası ekizler dolca atalar sozleri