Təhlükə çox realdır: məsuliyyətli olun, evdə qalın

Təhlükə çox realdır: məsuliyyətli olun, evdə qalın"Koronavirusla mübarizədə çox ciddi uğur əldə etmişik", "Koronavirusun yayılmasının qarşısını almışıq" tipli bəyanatlar verən Çində son sutkada koronavirusdan cəmi 1 ölüm qeydə alınıb.
Bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Komitənin məlumatına görə, ölkədə COVID-19 infeksiyasına 48 yeni yoluxma qeydə alınıb, 282 pasiyent sağalıb.
Toplam olaraq Çində hazırda 771 infeksiyaya yoluxma aşkarlanıb, xəstələrdən 18-i ağır vəziyyətdədir.
Ölkədə virusa yoluxmuş 104 nəfər sağalıb.
Epidemiyanın mərkəzi Hubey əyalətində, həmçinin Uhanda bir gün ərzində virusa yoluxma hadisəsi aşkarlanmayıb, sağalmış 271 nəfər xəstəxanalardan evə buraxılıb.
Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) daha 3 nəfər yoluxub.
Təhlükə çox realdır: məsuliyyətli olun, evdə qalınBu barədə ölkə hökuməti tərəfindən yaradılan xüsusi stopcov.ge saytında deyilir.
Bildirilir ki, ölkədə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 103-ə çatıb, 20 nəfər sağalıb.
Hazırda 5114 nəfər karantin rejimində, 263 nəfər isə həkim nəzarəti altında saxlanılır.
ABŞ-da ilk dəfə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı bir gündə 500 nəfəri ötüb.
Martın 30-u ABŞ-da koronavirusdan 502 ölüm halı qeydə alınıb, bu isə ölkədə koronavirusdan bir gündə qeydə alınan ən çox ölüm sayıdır. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2931 nəfər bərabərdir.
Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti isə ölkədə ümumilikdə koronavirusa 160 mindən artıq yoluxma halının və 2978 virusdan ölüm halının qeydə alındığını bildirir. Universitetin məlumatına əsasən, 5644 nəfər xəstəlikdən sağala bilib.
İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 812 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 11 min nəfəri ötüb.
Bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Koronavirusdan ötən sutka ərzində 1590 nəfər sağalıb, sağalanların ümumi sayı 14 620 nəfərə çatıb.
Hazırda koronavirusa yoluxanların sayı 75 528 nəfər təşkil edir, epidemiya başlayan zamandan isə 101 739 yoluxma halı qeydə alınıb (ölənlər və sağalanlar da daxil olmaqla).
Yenə də marazmatik, absurd özgüvən, yenə qonaq getmələr, maskasız və əlcəksiz dolaşmalar, "neyim ey, evdə ürəyim sıxılır" sızıntısı.
Yetməzmi?
Təhlükə çox realdır: məsuliyyətli olun, evdə qalınAzərbaycanda məhz bir para vətəndaşlarımızın yarıtmaz və yaramaz davranışları nəticəsində COVİD-19 koronavirusu pandemiyası ilə bağlı vəziyyət ƏN PİS ssenari üzrə inkişaf edə bilər.
Bundan sonra da məsuliyyətsiz davranışlar, qaydalara riayət olmasa vəziyyət çox PİSLƏŞƏCƏK!
Azərbaycan və vətəndaşlarımız indi real təhlükə mərhələsindədir.
Lütfən, anlayın artıq bunu. Koronavirusa yoluxma və ölümlərin sayı artır.
Əfsuslar olsun ki, sevindirə bilməyəcəm sizi: yoluxmalar daha da artacaq.
Lütfən, yalvarıram, dərk edin: çox ciddi ehtiyac olmadan, xüsusi rejimdə fəaliyət göstərən qurum və strukturlarda çalışmadan evdən çıxmaq, hər bir kənar şəxslə təmas koronavirusa yoluxma, ölüm riskidir.
... COVİD-19 koronavirus pandemiyası Azərbaycanda da tüğyan edir. Bəlanın qarşısını almaq, yeni yoluxmalara imkan verməmək üçün dövlət müvafiq, gərəkli addımlar atır. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılıb.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:
• Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);
• İstirahət və əyləncə məkanları üzrə xidmətlər;
• Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;
• Bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);
• Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;
Təhlükə çox realdır: məsuliyyətli olun, evdə qalın• Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
• Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
• Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);
• İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
• Fərdi mənzillərdə təmizlik xidmətləri;
• Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).
COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur.
Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli "qaynar xətt"ə zəng etmək ciddi tövsiyə edilir.
Dövlət gərəkli və zəruri olan hər şeyi edir.
Bəs biz, vətəndaşlar?
Sadəcə, faktlara nəzər salaq.
Dünən Bakıda xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 313 nəfərə, o cümlədən 20 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.
Belə şəraitdə nə etməliyik?
Küçəyə çıxmaq qadağası varsa, nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyət qoyulacaq".
Təhlükə çox realdır: məsuliyyətli olun, evdə qalınBütün əhaliyə 24 saat küçəyə çıxmaq qadağan olunmalıdır. Yalnız o şəxslərə çölə çıxmaq olar ki, onlar üçün xüsusi icazə olsun. Digər insanlar ancaq yaxın ərazilərdə olan market və apteklərə getməlidir. Bir də zibillərin atılması üçün çölə çıxılmalıdır, vəssəlam.
"Evdə otursaq ailəmizi kim dolandıracaq?" tipli suallara gəldikdə isə, cavab çox bəsitdir.
Hazırda dünyanın 79 ölkəsində karantin rejimi tətbiq olunub. O ölkələrin vətəndaşları da, təbii, küçələrə çıxmırlar, tam əksəriyyəti işə getmir. Lakin həmin adamlar arasında vətəndaşlarımızın bir qismi təki demaqoji suallar səsləndirənlər yoxdur.
1,5 milyard əhalisi olan Hindistanda çox sərt karantin rejimi tətbiq olunubsa, Paris, Nyu-York, London, Madrid, Berlin, Roma, Moskva və s. paytaxtlarda olduqca ciddi küçəyəçıxma yasaqları gerçəkləşdirilibsə, biz niyə və nədən şikayətlənirik?
İndi söhbət olum, ya ölüm məsələsidir.
Azərbaycanda vaxtında qəbul edilmiş qərarlar, görülən tədbirlər nəticəsində başqa ölkələrdə olduğu kimi, koronavirusun ildırım sürətilə yayılmasının qarşısı alınıb.
Fəqət, əsla və əsla arxayınlaşmamalı, laqeyd davranmamamlıyıq.
Təhlükə çox realdır: məsuliyyətli olun, evdə qalınMüvafiq dövlət qurumlarının tələblərinə və qaydalarına riayət etməsək, koronavirus ölkədə sürətlə yayılacaq.
Bunun yaşanmaması üçün məsuliyyətsiz davranmamalı, özümüzün və ailə üzvlərimizin, dəyərli bildiyimiz insanlarını həyatlarını riskə atmamalıyıq.
Maksimum diqqətli olmalıyıq.
Yoluxma riskini unutmayaq...
Bir ay evdə doğmalarla qalmaq bir ay reanimasiyada müalicə almaqdan üstün deyilmi?
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1288   Tarix: 31 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. xəbər verir ki, mütəxəssislər bildirir ki, düzgü

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

Ayaq və əllərdə göbələk varsa, belə edin

Dırnaqdakı göbələk virusundan yəqin ki, çox insan əziyyət çəkib. Bir dəfə bu problemlə qarşılaşmaq onun tez-tez qayıdacağından xəbər verir. -ın məlumatına görə, göbələk virusu yaz və yay aylarında daha da aktivləşir. Onu

.

Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR: Çoxları bunu bilmir

Uzun və sağlam ömür sürmək hər kəsin arzusu olsa da, gündəlik vərdişlərimiz fərqinə varmadan bu yolda ciddi maneələr yaradır. Xüsusilə pandemiya sonrası dəyişən həyat tərzi və oturaq rutinlər erkən ölüm riskini artıran əsa

.

Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR

Xorultu bir çox insanın qarşılaşdığı narahat edici problemlərdən biridir.  xəbər verir ki, bu hal təkcə yuxu keyfiyyətini aşağı salmır, həm də ailə üzvlərinin rahatlığını poza bilir. Mütəxəssislər bildirir ki, bəzi məhsulları

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

.

Xərçənglə bağlı çağırış

"Müntəzəm tibbi müayinələr, skrininq proqramlarında iştirak və sağlam həyat tərzinin seçilməsi xərçəng riskini azaltmaqla yanaşı, xəstəliyin erkən mərhələdə aşkarlanmasına və daha effektiv müalicəsinə imkan yaradır"

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri

​Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlam

turlar.az

makiyaj instagram yaz geyimleri 2026 geyim dəbləri röya ayxan heyvanlar hicab 2026 qış ayaqqabıları kosmetika novruz bayramina aid cinsi əlaqə novruz bayramına aid bakışta bahar haxışda