Təhlükəli xəstəliklərin əlaməti - Dil nə zaman qanayır?

Təhlükəli xəstəliklərin əlaməti - Dil nə zaman qanayır?Dil qanaxması təhlükəsiz kimi görünsə də, əslində narahat olunmalı məqamdır və ciddi müalicə tələb edən patologiyalardan xəbər verə bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, stomatoloqlar dil qanamalarının ən çox rast gəlinən səbəbinin herpes olduğunu deyir.
Bu səbəblər sırasına zədəni - məsələn dilin dişlənməsini də daxil etmək olar. Stomatitin bəzi növləri zamanı xarakterik olaraq ağız boşluğunun müxtəlif hissələrində zədə və infeksiya səbəbindən meydana çıxa bilir. Bəzən isə yaraların əmələ gəlməsi daxili orqanların, məsələn bağırsağın iltihabı ilə əlaqədar ola bilər. Bir qayda olaraq ağızda olan tək yara xəstədə heç bir narahatlıq və təşviş doğurmur.
Ağız boşluğunun kandidozu maya göbələyi infeksiyasının təsirindən yaranır. Adətən dil üzərində ağ rəngli nazik təbəqə kimi meydana çıxır. Asanlıqla yuyulur və xarakterik iyə malik olur. Bu zaman da ağızın selikli qişasında qanayan yaralar əmələ gələ bilər. Göbələk infeksiyası yüngül, orta və ağır olmaqla 3 dərəcəyə ayrılır. Ağır halda  qızdırma verə və xəstənin əlvalı pisləşə bilər.
Herpes - bu virusun təsiri ilə təkcə dodaq və burun kənarları deyil, həmçinin ağızın içi də zədələnə bilər. Herpesin geniş yayılmasına baxmayaraq ağız içi herpesə çox az hallarda rast gəlinir. Xəstələr qida və su qəbul etməkdə çətinlik çəkirlər, qızdırmaları artır, əhval-ruhiyyələri pisləşir. Bəzi hallarda xəstəni xəstəxanaya yatırmaq tələb olunur.
Qan damarlarının anomaliyası - hemangioma. Bu damarların xoşxassəli şişidir, daha çox uşaq yaşlarında meydana gəlir. Bu cür patologiyalar qanaxma, ağrı, qida qəbulunun çətinləşməsi kimi fəsadlara yol aça bilər.  
Xərçəng - bu, az yayılmış xərçəng növlərindəndir. Əlamətlərinə qanaxma, udqunma zamanı ağrı, dildə qalınlaşma, ağız boşluğunun keyiməsi aiddir. Xəstəliyin vaxtında aşkarlanması onun tam maülicəsinin əsas şərtidir.
Buna görə də ağızda qanaxma və sadalanan digər əlamətlər zamanı mütləq stomatoloqa müraciət edərək müayinə olunmaq lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1354   Tarix: 03 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim necə seçməli adlarin menasi toy makiyaji sekilleri makiyaj sirləri yemək resepti fitnes və pəhriz hamilə qala bilmək kosmetika gəncə yumurta birlik haqqinda maraqli hakistalar vetene aid atalar sozleri