"Tək istəyim balamın qəbrinin olmasıdır" - Cəsədi qaytarılmayan şəhidin anası

"Tək istəyim balamın qəbrinin olmasıdır" - Cəsədi qaytarılmayan şəhidin anası1 aya yaxındır buz kəsmiş bədəni erməni girovluğunda saxlanılan şəhid Çingiz Qurbanovun anası Nailə Qurbanova Modern.az-a danışıb.
Onun yeganə istəyi balasının qəbrinin olmasıdır: "Nigaranıq, narahatıq və gözləyirik".
4 ildir Bakıda kirayədə yaşadıqlarını deyən Nailə Qurbanova səhhətilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Sağlamlığım yerindədir, elə bir xəstəliyim də yoxdur. Tək istəyim balamın geri verilməsidir".
Bəzi KİV-lərdə Ç.Qurbanovun anasının insult keçirdiyi bildirilib.

Şəhid anası rəsmilərin tez-tez onlarla əlaqə saxladığını deyib:

"Maraqlananlar çoxdur. Deyiblər meyiti qaytaracaqlar, amma günü demirlər. Deyirlər gözləyin".
İndi şəhid anasının yeganə qalan övladı, oğlu Beydulla Qurbanovdur ki, o, hazırda Texniki Universitetin 2 kurs tələbəsidir.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.
Məlumat üçün bildirək ki, Azərbaycan ordusunun hərbçisi Çingiz Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb. Ermənilər bir neçə dəfə şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar.

Xəbərlər     Baxılıb: 2039   Tarix: 27 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim dəbləri maskalar qaşların formalari nagillar ana və uşağın ev məktəbi baliq qulagi şirniyyatların hazırlanması kosmetika novruza aid hakisda statuslar bayatilar sanamalar kurtlar vadisi