Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

Telefon Sahiblərinə Təcili Gizli XəbərdarlıqDünya üzrə aparılan araşdırmalar göstərir ki, insanların təxminən 71%-i telefonlarını yanında saxlayaraq yatır. Son 30 gündə "telefon asılılığını necə azaltmaq olar" axtarışlarının 5000% artması, bu vərdişin getdikcə daha ciddi problemə çevrildiyini ortaya qoyur. Mütəxəssislər xəbərdarlıq edir: telefonla yatmaq həm sağlamlıq, həm də yuxu keyfiyyəti üçün təhlükəlidir.
Yuxu Keyfiyyətinə Zərər Vurur
Bir çox insan telefonunu yastığın altında, yataqda və ya baş ucunda saxlayır. Bu hal həm yuxu rejimini, həm də orqanizmin təbii ritmini pozur.
Bildirişlər və titrəyişlər beyni xəbərsiz şəkildə aktivləşdirir, bu isə dərin və REM yuxusuna keçidi çətinləşdirir.
Telefon ekranının yaydığı mavi işıq melatonin hormonunun ifrazını azaldır və yuxuya getməyi gecikdirir.
Nəticədə səhərlər yorğun oyanmaq, gün ərzində diqqətin yayınması və uzunmüddətli perspektivdə anksiyete və depressiya riski arta bilər.
Yanğın və Elektrik Təhlükəsi
Telefonu yastıq altında şarj etmək təhlükəlidir. Cihazın həddindən artıq isinməsi yanğın təhlükəsi yarada bilər.
İnsanların 74%-i telefonlarını gecə boyunca yataq otağında şarj edir.
11%-i isə telefonlarını birbaşa yastığın altında qoyur.
Mütəxəssislər xəbərdarlıq edir ki, keyfiyyətsiz şarj cihazlarından istifadə həm yanğın, həm də elektrik cərəyanı vurması riskini artırır.
Telefonlar Tualet Qapağından Daha Kirlidir
Araşdırmalara görə, bir smartfon tualet oturacağından 10 dəfə çox mikrob daşıya bilər. Onların arasında E.coli, Salmonella və norovirus kimi bakteriyalar da olur. Bu mikroblar yatağa keçərək müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Yuxu mütəxəssisi Martin Seeley telefonla yatmağın risklərini azaltmaq üçün bu addımları məsləhət görür:
Telefonu yataq otağından kənarda və ya ən azı bir neçə addım uzaqda saxlayın.
Telefonu gecə şarj etməyin və sertifikatsız şarj cihazlarından istifadə etməyin.
Bildirişləri söndürün və "Gece Rejimi / Narahat Etməyin" funksiyasını aktivləşdirin.
Yatmazdan 30-60 dəqiqə əvvəl telefon istifadəsini dayandırın.
Səhər oyanmaq üçün telefondan yox, klassik zəngli saatdan istifadə edin.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1355   Tarix: 28 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim və ayaqqabılar adlarin menasi qaşların formalari meshurlar haqqinda burc xelife mantı reseptleri yeni geyimler 2026 kosmetika xanim.az oxatan uşaq nece olur ağır itki sağlamlığın sirleri