Telefonların gözlərə təsiri: Mif və həqiqətlər - FOTO

Telefonların gözlərə təsiri: Mif və həqiqətlər - FOTO"Cihazların görmə qabiliyyətinə mənfi təsiri çox şişirdilib".
Bu barədə rusiyalı göz həkimi, tibb elmləri doktoru Tatyana Şilova bildirib.
Həkimin sözlərinə görə, insanlar bəzən kompüterdən və ya cihazlardan uzun müddət istifadə etdikləri üçün görmə qabiliyyətinin pisləşdiyini düşünürlər, ancaq bu, yalnış fikirdir.
"Əslində göz xəstəliklərinin təxminən 80 faizi genetikadan qaynaqlanır, xarici mühitin təsiri çox azdır. Bəzi pis vərdişlər - məsələn, həyat tərzi, yemək seçimləri - görmə qabiliyyətinə mənfi təsir göstərə bilər, lakin cihazlarla işləməyin zərəri çox şişirdilir. Kompüterdə müəyyən fasilələrə 8-9 saat işləmək yetkin insanın gözünə tamamilə normal yükdür; bu, artıq bir çox araşdırma ilə təsdiq edilib", - deyə həkim bildirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla belə o, uşaqların bu məsələdə istisna olduğunu vurğulayıb:
"Cihazlar onlara zərər verə bilər. Gözlər 18 yaşına qədər formalaşır, buna görə uşaqlıqda görmə yükü ciddi şəkildə dozalanmalıdır. Uşaq cihazla işləmək üçün hər iki-üç saatdan bir fasilə verməlidir. Fasilələr zamanı fokus uzunluğunu dəyişdirməyə imkan verən məşqlər mütləqdir", - deyə həkim qeyd edib.
Həkim ən sadə məşqlərdən biri kimi "Şüşə üzərində işarə"ni qeyd edib. Onu yerinə yetirərkən yaxınlıqdakı obyektə bir neçə saniyə baxmaq, sonra eyni görmə xəttində yerləşən uzaqdakı obyektə baxmaq və bunu bir neçə dəfə təkrarlamaq lazımdır. Bunun sayəsində gözlər bir neçə dəfə fokus uzunluğunu dəyişir və məşq edir.
"Göz sinir sisteminin bir hissəsidir. Buna görə də, beyin daxilində baş verən hər şey görmə keyfiyyətinə təsir edə bilər. Gözlərin tamamilə sağlam olmasına baxmayaraq, insanın tam korluq hissi yaşaya biləcəyi vəziyyətlər də olur", - deyə oftalmoloq xəbərdarlıq edib.
Onun sözlərinə görə, stressli vəziyyət təkcə xroniki xəstəliklərin kəskinləşməsinə mənfi təsir göstərmir, həm də görmə qabiliyyətinin qısa müddətli azalmasına səbəb ola bilər.
"Buna görə düzgün həyat tərzi sürməyə çalışın, duyğularınızı idarə edin və bunu özünüz həll edə bilmirsinizsə, mütəxəssislərdən kömək istəyin", - deyə Şilova yekunda tövsiyə edib.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1027   Tarix: 17 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim necə seçməli toy gecesi geyim seçimi piodermiya nedir elme aid atalar sozleri 2026 geyim kolleksiyalari i̇mtahana hazırlıq kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz kondom vetene aid bayatilar gəncə qaynana hakista