Terrorist hələ də azadlıqdadır - ŞOK
Almaniyanın hakimiyyət orqanları şübhə etmirlər ki, bazar ertəsi günü axşam Berlinin mərkəzindəki Yeni il yarmarkasında yük avtomobilinin insanların üstünə sürülməsi terror aktıdır.
"Welt" qəzetinin yaydığı məlumata görə, polis həbs olunan pakistanlının hücumu reallaşdıran şəxs olduğuna əmin deyil. Polis icraçının hələ azadlıqda olduğunu və silahlana biləcəyini istisna etmir, buna görə də insanları sayıqlığa çağırır.
Xatırladaq ki, yük avtomobilinin təkərləri altında azı 12 nəfər həlak olub, 48 nəfər yaralanıb.
Bir qədər əvvəl məlumat verilmişdi ki, hadisədən sonra şahidlərin köməyi ilə terror aktının güman olunan icraçısı – 23 yaşlı pakistanlı qaçqın tutulub. Polşa vətəndaşı avtomobilin kabinəsində ölü tapılıb. Maşın Polşanın yükdaşımaları şirkətinə məxsus olub. Firmanın sahibi bildirib ki, faciəyə bir neçə saat qalmış sürücü ilə əlaqə kəsilib. Polis hesab edir ki, hücum edən şəxs sürücünü öldürüb və avtomobili qaçırıb./azərtac
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?