Tərxunun möcüzəvi faydaları - Bunlara diqqət

Tərxunun möcüzəvi faydaları - Bunlara diqqətTərxun (avropalılar bu bitkini "estraqon" adlandırırlar) qədim vaxtlardan müalicəvi bitki kimi çox geniş istifadə olunurdu.

Qədim vaxtlarda tərxunun köməyi ilə sinqa (vitaminsizlik nəticəsində dişlərin laxlaması və tökülməsi), baş ağrıları, cinsi zəiflik və bir çox digər xəstəlikləri müalicə edirdilər.

Müasir tibbdə də tərxun istifadə olunur, onu dərman preparatların tərkibinə daxil edirlər.

Metbuat.az tərxunun müalicəvi faydalarını təqdim edir.

Tərxun orqanizmə möhkəmləndirici təsir edir, immun sistemini möhkəmləndirir. Ev şəraitində tərxundan çox yaxşı təbii immunostimulyator hazırlamaq olar. Bunun üçün 200 qr tərxun 3 limonla birlikdə (limonlar qabıqlı olmalıdır) blenderdə xırdalanır, ora 3 xörək qaşığı təbii bal əlavə olunur və yaxşı qarışdırılır. Hər gün səhər tezdən acqarına bu vasitədən 1 çay qaşığı yeyin. Müalicə kursu - 2 həftə.

Tərxun insanın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, depressiyalar, streslərlə mübarizə etməyə kömək edir. Tərxundan çox yaxşı enerji içkisi hazırlamaq olar. Lakin dükanlarda satılan enerji içkilərindən fərqli olaraq bu təbii vasitə sizə yalnız xeyir gətirəcək. Bunun üçün 100 qr tərxun, 2 orta ölçüdə limon, şəkər tozu (zövgünüzə görə) istifadə olunur. Tərxunu xırda doğrayın, limonu 2-3 sm ölçüdə doqrayın (qabıqlı), üzərinə 2 l su əlavə edin. Vam odda qaynayana kimi qızdırın, 1-2 dəqiqə ərzində qaynadın və sonra oddan götürüb termosa tökün də 1-2 saat ərzində dəmləyin. Daha sonra şüşə qabına tökün, soyudun və gün ərzində 1-2 stəkan olmaqla için.

Tərxun həmçinin orqanizmə qurd əleyhinə təsir edir. Bu, xüsusilə uşaqlara üçün vacibdir. Tərxunu salatlara, qidalara əlavə edin.

Tərxun mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir. Tərxun dəmləməsi mədə şirəsinin və ödün ifrazını artırır, iştahanı yaxşılaşdırır, meteorizmlə (köp) mübarizə aparır. Tərxun dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı xırda doğranmış tərxun 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl qəbul olunur.

Tərxun orqanizmə yüngül sidikqovucu təsir edir və həmçinin iltihabəleyhinə xüsusiyyətinə malikdir. Bu xüsusiyyətlər tərxunu sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə edir.

Ağız boşluğu iltihabları zamanı tərxunun dəmləməsi çox yaxşı müalicəvi təsir edir. Tərxun dəmləməsi həmçinin damaqları möhkəmləndirir, damaqların qanamasını və diş ağrılarını azaldır.

Müxtəlif dermatitlər, ekzema və s. dəri xəstəlikləri zamanı tərxun dəmləməsi ilə islatmalar çox yaxşı kömək edir. Dəmləmədə steril tənzif isladın və dəriyə qoyub 20-30 dəqiqə ərzində saxlayın.

Tərxun damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun inkişafının qarşısını alır.

Tərxun antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi cavanlaşdırır və ziyanlı maddələrin orqanizmdən xaric olunmasını sürətləndirir.

Sağlamlıq     Baxılıb: 2137   Tarix: 10 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

geyim necə seçməli kosmetoloq qadin sayti hobbi daban agrilari əməliyyatlar balamı sevirəm kosmetika cantalar haqisda big.az gozde olar faydalı bilgilər