Test - Xaraktercə necə bir insansınız?

Test - Xaraktercə necə bir insansınız?Bu, psixoloqların istifadə etdiyi xarakter analizidir. Əhval-ruhiyyənizə aid şəkli seçin və nə mənası olduğunu oxuyun. Şəkildən 1-dən 9-a qədər olan şəkillər psixoloqlar tərəfindən kəşf edilib, dəfələrlə test edilib, formaları və rəngləri dəyişdirilərək bugünki hala gəlib.

1.Özünə qapalı və həssas: Özünüzlə və ətrafınızla bağlı düşüncələrə ətrafınızdakı insanlardan daha çox bağlısınız. Boş söhbətlər etməkdənsə tək qalmağa üstünlük verirsiniz. Amma yaxın dostlarınızla münasibətləriniz o qədər güclüdür ki, bu da sizə lazım olan gücü verir. Yenə də tək qalmaqdan heç vaxt bezmirsiniz.

2.Azadlığa can atan və ənənələrə qarşı çıxan: Özünüzü inkişaf etdirməyi təmin edəcək azad və heç kimə bağlı olmayan həyat axtarırsınız. Hobbilərinizdə ya da işinizdə sizi müvəffəqiyyətə aparan bacarığa sahibsiniz. Müstəqilliyinizə olan düşkünlüyünüz bəzən sizin gözlənilənin əksini etməyinizə səbəb olur. Öz fikirlərinizə daha çox üstünlük verirsiniz, nəinki başqalarının.

3.Dinamik və aktiv: Maraqlı və müxtəlif işlərə başlamaq üçün riskə gedə bilirsiniz. Təkrarlanan həyat sizi təsirsiz hala salır. ən çox sevdiyiniz şey bütün hadisələrdə baş rolda olmaqdır. əslində hadisələri başladan adam da elə siz özünüzsünüz.

4.Öz ayaqlarının üstündə dura bilən: İnsanlar sizə hörmət edir, çünki hər kəs sizdən dəstək alır. Siz də insanlara güvən verirsiniz. Çox istiqanlı birisiniz. Şablon və şişirdilmiş hər şeydən uzaq gəzirsiniz. Modaya da bağlı deyilsiniz. əksinə, sizin üçün geyim sadə və rahat olmalıdır.

5.Professional və özünü tanıyan: Həyatdan nəsə gözləməkdənsə yaradıcı olmağı seçirsiniz. Problemlərinizi qarışıq olmayan üsullarla həll edirsiniz. Gündəlik həyatınızda həqiqi olmağı seçirsiniz. Işinizdə hər kəs sizi məsuliyyətli biri kimi tanıyır. Sizin özünüzə olan güvəniniz sayəsində ətrafınızdakılar da sizdən güc alır. Istədiyinizi edənə qədər dinclik tapmırsınız.

6.Sülhsevər və tədbirli: Sizinlə münasibət qurmaq çox asandır. Öz şəxsi həyatınıza və azadlığınıza düşkün olduğunuz üçün dostlarınızı çox da bezdirmirsiniz. Bəzən düşünmək və ya öz-özünüzə əylənmək üçün hər şeydən uzaqlaşıb tək qalmaq istəyirsiniz. Buna görə də qaça biləcəyiniz gözəl məkanların harada olduğunu bilirsiniz. Amma siz təklik düşkünü bir insan da deyilsiniz. Sadəcə həyatın sizə verdiklərini təqdir edən, dünyayla barışıq bir insansınız.

7.Diqqətsiz və şən: Azad həyatı sevirsiniz. "Dünyaya bir dəfə gəlirik" qanunundan yola çıxaraq istədiyiniz kimi yaşayırsınız. Çox maraqlı və hər yeni şeyi yoxlamaq istəyən insansınız. Sürpriz hazırlamaq və sürprizlərlə qarşılaşmağı çox sevirsiniz.

8.Romantik və xəyalpərəst: Çox romantik insansınız. Hadisələrin reallığını görmək istəmirsiniz. Sizin üçün duyğularınız daha əhəmiyyətlidir. Həmçinin həyatda xəyalları müdafiə edirsiniz.

9.Analitik və etibarlı: Sizin həyatınızda mədəniyyətin böyük yeri var. Yenə də siz zərif duyğularınızı kənar təsirlərdən qoruyursunuz. Sizin üçün zərif və mədəni bir həyata sahib olmaq çox daha əhəmiyyətlidir.

Ailə və Uşaq     Baxılıb: 3697   Tarix: 03 yanvar 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

turlar.az

gelinlikler geymler 2026 həkim məsləhəti dünya mətbəxi cavanlaşdırıcı maskalar qadin dunyasi 2026 tərəvəzlər kosmetika bürclər uşaq şeirləri xlor lekesi faydalı məsləhətlər lakonizm