Tətildə xəstələnməmək üçün nə etməli? - Həkim məsləhəti

Tətildə xəstələnməmək üçün nə etməli? - Həkim məsləhətiTətil zamanı turist ishali, qrip, hepatit A, tif və pnevmoniya kimi xəstəliklərdə artım müşahidə olunur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis Dos. Dr. Elif Hakko bayram tətilini də sağlam şəkildə başa vurmaq üçün vacib məsləhətlər verib.
Həmin məsləhətləri təqdim edirik:
1.Tətildə allergiya, diabet, ürək və ya xərçəng kimi xəstəlikləri olanlar daha diqqətli olmalıdırlar. Müntəzəm olaraq istifadə etmələri lazım olan dərmanları qəbul etsinlər.
2. İshaldan qorunmaq üçün əllər tez-tez yuyulmalıdır.
3. Qapalı butulkalarda satılan suya üstünlük verilməlidir. Kran suyu və bu sudan hazırlanmış buz tərkibli içkilərdən çəkinmək lazımdır.
4. Gigiyena baxımından etibarlı olmadığı üçün qablaşdırmasız qidalara üstünlük verilməməlidir.
5. Dəniz məhsulları, bişməmiş ətlər, qabığı soyulmamış meyvələr, souslar və salatlar kimi potensial riskli qidalardan mümkün qədər uzaq durmaq lazımdır.
6. Hamilə qadınlar üçün ən uyğun səyahət vaxtı 3-6 ay arasındadır. Bu dövrdə tətilə gedənlər də ani hərəkətlərdən, suya tullanma və su xizəyi kimi fəaliyyətlərdən uzaq durmalıdırlar. Unutmasınlar ki, hamilə və əmizdirən qadınlar hər dərmanı asanlıqla istifadə edə bilmirlər. Ona görə də xəstələnməməyə daha çox diqqət etməlidirlər.
7. Önünüzə çıxan ilk yerdə döymə və ya pirsinq etdirmək, eləcə də akupunkturu sınaqdan keçirmək Hepatit B, C və QİÇS kimi qanla keçən xəstəliklərə yoluxmaq riskini artıra bilər. Bu prosedurlar yerinə yetiriləcəksə, iynələrin birdəfəlik olmasına diqqət edilməlidir.
8. Nəqliyyat vasitələrində olarkən yaranan ürək bulanma və ya sonrasında baş verən "jet lag" da səyahətin keyfiyyətini aşağı sala bilər. Müəyyən dərmanlar qəbul etməklə bu vəziyyətlərin qarşısını ala bilərlər.
9. Xaricdə tətillər zamanı yerindən asılı olaraq lazımi peyvəndlər edilməlidir. Ən çox ağla gələn infeksiyalar səyahətçi ishali, malyariya, sarı qızdırma, vəba, hepatit A və B, tif, pnevmoniya, qripdir. Peyvənd seçimi səyahət ediləcək ölkə, şəxsin immun statusu, əvvəlki peyvəndlər, baş verərsə infeksiyanın şiddəti və peyvəndin əks təsirləri nəzərə alınmaqla həyata keçirilir.
10. Uzaq məsafəyə səfərlər zamanı uzun müddət hərəkətsizlik nəticəsində ayaqlarda laxtalanma tez-tez rast gəlinən problemdir. Bu vəziyyət xüsusilə yaşlılarda, ürək xəstəliyi və ya şəkərli diabeti olan insanlarda rast gəlinir və təhlükəli hal ala bilər. Odur ki, laxtalanma əleyhinə dərmanlarla bu halların qarşısı alınmalıdır.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1354   Tarix: 27 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

aksessuarlar qadin sayti kosmetik vasiteler fitness agil haqqinda atalar sözləri kosmetoloqiya illik bürclər kosmetika bayatı meseller xanim.az maskalar kəlamlar