Təyinatsız qəbul edilən ağrıkəsicilər hansı "baş ağrıları" gətirir?

Təyinatsız qəbul edilən ağrıkəsicilər hansı İnsanların daha çox üz tutduğu dərman növündən biri ağrıkəsicilərdir. Elə adam yoxdur ki, həyatının müxtəlif dönəmlərində hansısa ağrıkəsicilərdən istifadə etməsin. Bunu həftədə, ayda bir dəfə qəbul edənlər də var, mütəmadi qəbul edənlər də. Bəzən həkim təyinatı ilə yazılan ağrıkəsicilərlə yanaşı, əczaçılar tərəfindən məsləhət görülən, həkim nəzarəti olmadan istifadə edilən ağrıkəsici dərmanlar da olur. Təəssüf ki, günümüzdə nəzarətsiz, təyinatsız ağrıkəsici istifadə edənlər də çoxdur.
Nəzarət və təyinat olmadan qəbul edilən bu ağrıkəsicilərin orqanizmə hansı mənfi təsirləri olur?
Milli.Az bildirir ki, bunu Trend-ə danışan qastroenteroloq Aynurə Məmmədova bildirib ki, praktikada çox sayda insanın nəzarətsiz şəkildə ağrıkəsicilər qəbul etdiyi görünür:
"Ağrıkəsicilərin ağrı kəsməklə yanaşı, iltahabəleyhinə və temperatur salıcı xüsusiyyətləri var. Ona görə də insanlar nəzarətsiz şəkildə, ehtiyac olan zaman ağrıkəsiciləri qəbul edirlər və nəticədə, həmin dərmanların əlavə təsirlərini də hiss edirlər. Əlavə təsirlər içərisində, əsasən, mədə-bağırsaq sistemi üzərində qastrit, eroziya, yaraların yaranması, hətta mədə-bağırsaq qanaxması, qaraciyər, böyrək zədələnmələrini görə bilirik, eləcə də, böyrək, qaraciyər çatışmazlıqlarına qədər gətirib çıxara bilir.
Mədə xəstəlikləri olan, reflüks, qastrit, xora, qaraciyər xəstəlikləri olan insanlar, yaşlılar, ağrıkəsicilər qəbul etməkdə risk qrupundadır. Bu xəstələrdə mədə-bağırsağın ciddi zədələnməsi və qanaxmaların olmasına, hətta həyati təhlükənin yaranmasına səbəb ola bilir. Buna görə də insanlar ağrıkəsicilər qəbul edərkən diqqətli olmalıdır. Ağrılar olan zaman öncə həkimə müraciət etməli, ağrının səbəbi müəyyənləşməli və ona uyğun həkim tərəfindən müalicə təyin edilməlidir".
Həkim ağrıkəsici qəbul etmək məcburiyyəti qarşısında qalarkən, həkiməqədər yardımdan söz açıb.
"Ağrıkəsici qəbul etmək məcburiyyətində olunursa, bu zaman ağrıkəsicini mütləq toxqarına, bol su ilə qəbul etmək lazımdır. İlkin olaraq yüngül, əlavə təsirləri az olan ağrıkəsici preparat seçilməlidir. Əgər ağrıkəsici dərmanın tərkibi güclüdürsə, həmin insan mütləq mədəqoruyucu tablet qəbul etməlidir. Xronik xəstəlikləri olan, uzun müddət ağrıkəsici qəbul etmək məcburiyyətində olan xəstələr mütləq mədə endoskopiyası olmalı, helikobakter pilori tərəfindən araşdırılmalıdır. Əgər xəstənin mədəsində helikobakter pilori varsa, bu, ağrıkəsicilərin əlavə təsirlərinin meydana çıxmasına, xüsusilə mədə-bağırsaq xoralarının yaranmasına, qanaxma riskinin artmasına səbəb ola bilir", - deyə həkim əlavə edib.
Kliniki Tibbi Mərkəzin terapiya şöbəsinin həkim-terapevti Könül Bənənyarskaya Trend-ə bildirib ki, ağrıkəsici dərmanlar, elmi dildə analgetiklər təsir qrupuna görə iki yerə bölünür:
"Bu qruplar narkotik ağrıkəsicilər və qeyri-narkotik ağrıkəsicilərdir. Güclü analgeziya xüsusiyyətlərinə malik olan narkotik ağrıkəsicilər travmalarda, cərrahi əməliyyatlarda, yaralanmalarda, şiddətli ağrı ilə müşayiət olunan xəstəliklərdə istifadə olunur.
Qeyri-narkotik ağrıkəsicilər əzələ ağrıları, sinir ağrıları, oynaq, baş və ya diş ağrıları zamanı istifadə edilir. Bu dərmanların həm də qızdırmasalıcı effekti var. Yüksək hərarətli xəstələrdə iltihabəleyhinə təsir göstərir. Narkotik ağrıkəsicilərdən fərqli olaraq, qeyri-narkotik analgetiklərin bir müsbət cəhəti də var ki, bunlar mərkəzi sinir sistemində tənəffüs mərkəzinə və öskürək mərkəzinə təsir etmir. Gündəlik praktikamızda rast gəldiyimiz ağrıkəsicilərə aspirini, analgini, parasetamolu misal göstərmək olar. Bu ağrıkəsicilərdən biz gündəlik həyatda daha çox istifadə edirik. Qeyri-narkotik ağrıkəsicilərdən gündəlik tibbi praktikalarda da geniş istifadə olunur. Onlar nəinki sinir, revmatoloji ağrıları aradan götürür, həm də hərarətsalıcı effekt göstərir".
Həkim qeyd edib ki, bütün dərmanlarda olduğu kimi, ağrıkəsicilərin də qəbulu zamanı bu preparatlara qarşı göstəriş, əks-göstəriş mövcuddur.
"Mütəmadi qəbul edilən ağrıkəsicilərin ilk olaraq mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, eyni zamanda, görmə sinirinin xəstəlikləri kimi əks göstərişləri var.
Parasetamol çox geniş istifadə olunan preparatdır. Əksər dərmanların da tərkibinə kombin şəklində daxil olur. Parasetamolun uzun müddət nəzarətsiz qəbulu qaraciyər və böyrəyə toksik təsir göstərir.
İbuprofen tərkibli ağrıkəsici dərmanlar satışda ən çox nurafen adı ilə məşhurdur. Bu daha çox körpələrə təyin olunan preparatdır. İbuprofen tərkibli dərmanların mədə-bağırsaq sistemində olan ağırlaşmalar, xroniki böyrək və qaraciyər xəstəliyi zamanı istifadəsi əks göstərişdir.
Ümumi olaraq ağrıkəsici dərmanlara əks göstərişlər, əsasən, hamiləlik, südvermə dövrüdür ki, xüsusi ehtiyatla yanaşmaq lazımdır. Əlavə olaraq aspirin tərkibli dərmanlardan mütəmadi istifadə bronxial astmanın yaranmasına səbəb olur.
Belə bir qənaətə gəlmək olar ki, ağrıkəsicilər mütləq şəkildə həkim tərəfindən təyin olunmalıdır. Ağrıkəsicilər özbaşına təyin olunmamalıdır, əczaxanaya müraciət edərkən əczaçı tərəfindən təyin edilməməlidir.
Ən əsası, daha çox ziyanla qarşılaşmamaq üçün ağrıkəsicilərdən istifadə zamanı mədəqoruyucu preparatlardan da istifadə etmək mütləqdir",- deyə o əlavə edib.
Hepatoloq-qastroenteroloq Türkan Alyarova isə öz növbəsində Trend-ə bildirib ki, ağrıkəsicilər, xüsusən də daha çox istifadə etdiyimiz aspirin, diklofenak, ibuprofen həzm sisteminə mənfi təsir göstərə bilir:
"Birinci növbədə bu ağrıkəsicilər mədənin selikli qişasını qıcıqlandıra, orada iltihabın yaranmasına səbəb ola bilər. Bu da epoqastral bölgədə, yəni göbəyin üst tərəfində yanmalara, ağrılara gətirib çıxarar. Mədədə göynəmə, yanma, qıcqırma kimi simptomlarla üzləşə bilərlər. Ağrıkəsicilərin uzun müddət və yüksək dozada qəbulu, xüsusilə də həkim nəzarəti olmadan özbaşına şəkildə qəbul olunması bu dərmanların mədənin selikli qışasını zəiflədərək, həmin bölgədə mədə xorasının yaranma riskini artırır.
Bunun qarşısı alınmadıqda isə daha irəli dönəmlərdə xora, mədə qanaxmaları baş verə bilir. Bu zaman xəstələrdə kəskin şəkildə mədə ağrıları yaranır, qusuntu qanlı olur və bu zaman xəstə qan itirdiyinə görə baş ağrısı, baş gicəllənməsi kimi hallar özünü göstərir. Eyni zamanda, ağrıkəsici qəbul edən şəxsdə reflüks xəstəliyi və ya mədə yırtığı varsa, bu, xəstələrin simptomlarını daha da ağırlaşdıra bilər.
Əsasən, gecə saatlarında qəbul edilən ağrıkəsicilər yatarkən mədədə yanma və qıcqırma hissini kəskin şəkildə artırdığı üçün şikayətlər daha da artmış olur. Ağrıkəsicilərin ziyanlarını aşağı səviyyəyə endirmək üçün mütləq onları yeməkdən sonra, toxqarına qəbul etmək lazımdır, acqarnına qəbulu tövsiyə olunmur.
Eyni zamanda, diqqət etmək lazımdır ki, dərman bol su ilə qəbul edilsin. Hansısa ağrıkəsicini uzun müddət qəbul etmək məcburiyyətində qaldıqda, məsləhət görürəm ki, mütləq şəkildə əvvəlcə qastroenteroloq qəbulunda olunsun. Mədə müayinə edilsin, əgər heç bir problem yoxdursa, həkim nəzarətində ağrıkəsicilər qəbul olunsun. Yox, əgər bir problem varsa, mədə əvvəlcə müalicə olunmalıdır, daha sonra ağrıkəsiciləri qəbul etmək olar. Ağrıkəsiciləri mümkün qədər qısamüddətli və aşağı dozada qəbul etmək məsləhətdir",- deyə həkim vurğulayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1375   Tarix: 13 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

hamilelikde qidalanma kosmetoloq reseptler dirnaq pilkalamaq gil maskalari toyuq yeməkləri hər gün bal kosmetika pomidor novruz bayrami hakisda uzeyir tapmacalar babasil