Təzyiq xəstələrinin ömrünü uzadacaq elementar məsləhətlər - Bunlara əməl etsəz...

Təzyiq xəstələrinin ömrünü uzadacaq elementar məsləhətlər - Bunlara əməl etsəz...Təzyiq xəstələri hər an insult, ölümlə üz-üzədir. Amma hipertoniya heç də ayaqlarını uzadıb, ölümü gözləmək demək də deyil.
Milli.Az medicina.az-a istinadən təzyiq xəstələrinə çox kömək edəcək, ömrünü uzadacaq, hətta təzyiqi dərmansız normada saxlamaq üçün həkimlərin və alimlərin tövsiyyə etdiyi sadə məsləhətləri toplayıb. 
Bunları həyat tərzinizə çevirin
1.Artıq çəkiyə əlvida
Təzyiqi yaradan səbəblərdən biri də artıq çəki, piylənmədir. Onu qaydaya salmağın bir yolu da 5-7 kq çəki atmaqdır. Əgər siz çəkidə atrmağa yox, azalmağa doğru getsəniz, görəcəksiz ki, təzyiqiniz bir neçə rəqəm aşağı düşəcək.
2.Natrium - duz düşməndir
Şoraba, duzlu sizin təzyiqinizi 7-8 punkt qaldırır.  Təzyiq diaqnozu qoyuldusa, sabahdan yeməklərdə duzu azaldırsız. Duzu ədviyyat və ətirli otlarla əvəz edin. 
Kolbasa, sosis, hisə verilmiş qidalar, tərkibində çoxlu duz olan bütün qidalara yox deyin. 
3.Spirtli içkidən qaç
Təzyiq xəstələri içki içməyin faydasını ona yozur ki, guya qanı duruldur, təzyiqi salır. Əslində isə etanol damarların tonusunu azaldır, damarlar genişlənir və təzyiq həqiqətən 5 dəqiqə sonra düşür. Lakin 40 dəqiqə sonra damarlar sürətlə yığılır, ürəyə ikiqat ağır yük düşür, təzyiq qalxır. Ona görə təzyiq xəstəsi içkini azaltmalı, hər gün içməməlidir. Hər gün içki qəbul edənlərdə hipertoniya 3 dəfə artıq rast gəlinir, nəinki toyda, bayramda içənlərdə.
4.İdmana yazıl
Təzyiq diaqnozu qoyulduqdan sonra birinci işin hərəkəti artırmaq və özünü buna məcbur etmək üçün idmana yazılmaqdır. Ən yüngül növü seçin, sadəcə qaçış trenajorunda asta rejimdə hərəkət edin, bəsinizdir. İstəsəniz rəqsə, üzgüçülüyə yazıla bilərsiz. 
5.Siqareti azalt
Hər çəkilən bir ədəd siqaret təzyiqi bir neçə istiqamətdə qaldırır.  Damarları daraldır, keçiriciliyini pozur, qaraciyər hüceyrələri zədələnir, böyrəklərin işi pozulur, ağciyərlərin hava tutumu, tənəffüsü çətinləşir, ürək normadan artıq işləyir.
Siqareti hər gün 1 ədəd azaldın.
6.Stressdən qaçın
Stress insanı həm içməyə, həm də çox siqaret çəkməyə vadar edir. Bununla sanki stresi yeyirlər. Həkimlər bildirir ki, təşviş, gərginlik, stresin əvvəl səbəbini, mənbəyini tapıb, analiz etməli, onu zərərsizləşdirmək, ondan uzaq durmalısız. Əgər sizi əsəbləşdirən konkret insandırsa, lazım gəlsə ondan da imtina edin. Çünki heç kim sizin həyatınızı əvəz etməz. 
Hər gün 15 dəqiqə sakitliyə çəkilib, meditasiya edin, dərindən nəfəs alıb verin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1520   Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq