Təzyiqi azaltmağa kömək edən bir neçə üsul...

Təzyiqi azaltmağa kömək edən bir neçə üsul...Yüksək qan təzyiqi infarkt və insult, həmçinin anevrizmlər, koqnitiv funksiyaların azalması, böyrək çatışmazlığı üçün risk amillərdindən biridir. Bununla birlikdə, hipertoniyanı müalicə etmək üçün istifadə olunan dərmanlar, ayaq qıcolmaları, baş başgicəllənməsi və yuxusuzluq kimi fəsadlar yarada bilər. Ekspertlər dərman qəbul etmədən qan təzyiqini azaltmağa kömək edən bir neçə yoxlanmış metodun adını açıqlayıblar.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat "MedikForum" saytında yer alıb.
Piyada gəzinti - Təxminən 400 tədqiqatdan əldə olunan göstəricilərə əsasən müntəzəm fiziki məşqlər, o cümlədən gəzinti (kifayət qədər sürətlə) qan təzyiqini azaltmaq üçün geniş istifadə olunan QT (qan təzyiqi) preparatları kimi effektli nəticələr verir. Həftənin əksər günlərində azı 30 dəqiqə gəzmək xüsusilə faydalı sayılır.
Dərindən nəfəs almaq - Həkimlər gündə iki dəfə bir neçə dəqiqə (ən azı beş dəqiqə) yavaş nəfəs verməyi və nəfəs çəkməyi məsləhət görürlər. Bütün bunlar, bədəndə qan təzyiqini, ürək döyüntüsünü artırmaqla qan damarlarını daraldan stres hormonlarını nəzarətdə saxlamaq üçün mühüm rol oynayır.
Kaliumla zəngin olan qidalar - Mineralın sidik vasitəsilə böyrəklərdən daha çox natrium ifraz etməyə səbəb olması qan təzyiqini dərmansız azaltmağa kömək edir. Banan, kartof, pomidor, portağal suyu, lobya, noxud, qovun, gavalı, kişmiş kaliumla zəngin olan mənbələr sırasındadır.
Natrium qəbulunu azaltmaq - Amerika Kardiologiya Assosiasiyası qan təzyiqini aşağı salmaq üçün natriumun qəbulunu gündə 1500 mq-dən aşağı səviyyədə saxlamağı tövsiyə edir.
Tünd şokolad - Daha bir yoxlanmış üsul. Cənubi Kaliforniya Universitetinin alimləri qeyd edirlər ki, tünd şokoladın orta hesabla müntəzəm olaraq qəbulu sistolik arterial (yuxarı) təzyiqi 5 bal, diastolik (aşağı) təzyiqi isə demək olar ki, 3 bal azaltmağa kömək edə bilər. Belə effektli nəticənin əldə olunması onun flavanol komponentlərinin qan damarlarını rahatlaşdırması ilə izah olunur.
Məkkəgülü - Taftsa Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, gündəlik üç fincan hibiskus çayı içən orta qan təzyiqi olan yaşlılarda altı həftədə sistolik qan təzyiqi yeddi bal azalıb. Alimlər bunu hibiskusun fitokimyəvi maddələrinin təsiri ilə əlaqələndirirlər.
Bir stəkan süd - Alimlər iddia edirlər ki, bəzi hallarda yüksək qan təzyiqinə qidada saflaşdırılmış karbohidratlardan çox istifadə olunması nəticəsində yaranan iltihab səbəb olur. Bu sürətli karbohidratların bəzilərinin qismən süd proteini ilə əvəz edilməsi hipertoniya və hipertoniya öncəsi ərəfədə sistolik qan təzyiqini aşağı sala bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1189   Tarix: 27 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı

Son araşdırmalar göstərir ki, gündəlik limonlu çay içmək sağlamlığa ciddi faydalar gətirir və ömrü uzada bilər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, limon C vitamini və flavonoidlər baxımından zəngin bir meyvədir

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə

Mövsümi dəyişikliklər zamanı uşaqlar arasında sürətlə yayılan Norovirus son dövrlərdə daha çox müşahidə olunur. xəbər verir ki, bu virus qəfil qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Ən böyük təhlük

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

.

"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"

"Yaxın 10-15 il ərzində alimlər insan ömrünü ən azı 10 il uzada biləcəklər". -a istinadən xəbər verir ki, bunu genetik mühəndislik üzrə rusiyalı mütəxəssis Pavel Volçkov deyib. Onun sözlərinə görə, buna erkən diaqnostik

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir

Son zamanlar mütəxəssislər saç baxımı ilə bağlı geniş yayılmış vərdişlərdən biri - saçın hər gün yuyulmasının zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, dermatoloqların sözlərinə görə, saçın gündəli

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Aralıqlı orucla bağlı mif dağıdıldı

Səhər yeməyindən imtina etmək çox vaxt zehni və fiziki məhsuldarlığın azalması ilə əlaqələndirilir. Buna baxmayaraq, son illərdə aralıqlı oruc adlanan qidalanma rejiminin populyarlığı kəskin şəkildə artıb. Milyonlarla insa

turlar.az

reseptler yay geyimləri 2026 yay kolleksiyasi interyer dizayni maraqli sekiller haxışta soz ehtiyati artirmaq kosmetika bahar salam qogal naz mila novruza aid hakisdalar