Təzyiqi dərmansız azaltmağa kömək edən bir neçə yoxlanmış üsul

Təzyiqi dərmansız azaltmağa kömək edən bir neçə yoxlanmış üsulYüksək qan təzyiqi infarkt və insult, həmçinin anevrizmlər, koqnitiv funksiyaların azalması, böyrək çatışmazlığı üçün risk amillərdindən biridir. Bununla birlikdə, hipertoniyanı müalicə etmək üçün istifadə olunan dərmanlar, ayaq qıcolmaları, baş başgicəllənməsi və yuxusuzluq kimi fəsadlar yarada bilər. Ekspertlər dərman qəbul etmədən qan təzyiqini azaltmağa kömək edən bir neçə yoxlanmış metodun adını açıqlayıblar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat "MedikForum" saytında yer alıb.
Piyada gəzinti. Təxminən 400 tədqiqatdan əldə olunan göstəricilərə əsasən müntəzəm fiziki məşqlər, o cümlədən gəzinti (kifayət qədər sürətlə) qan təzyiqini azaltmaq üçün geniş istifadə olunan QT (qan təzyiqi) preparatları kimi effektli nəticələr verir. Həftənin əksər günlərində azı 30 dəqiqə gəzmək xüsusilə faydalı sayılır.
Dərindən nəfəs almaq. Həkimlər gündə iki dəfə bir neçə dəqiqə (ən azı beş dəqiqə) yavaş nəfəs verməyi və nəfəs çəkməyi məsləhət görürlər. Bütün bunlar, bədəndə qan təzyiqini, ürək döyüntüsünü artırmaqla qan damarlarını daraldan stres hormonlarını nəzarətdə saxlamaq üçün mühüm rol oynayır.
Kaliumla zəngin olan qidalar. Mineralın sidik vasitəsilə böyrəklərdən daha çox natrium ifraz etməyə səbəb olması qan təzyiqini dərmansız azaltmağa kömək edir. Banan, kartof, pomidor, portağal suyu, lobya, noxud, qovun, gavalı, kişmiş kaliumla zəngin olan mənbələr sırasındadır.
Natrium qəbulunu azaltmaq. Amerika Kardiologiya Assosiasiyası qan təzyiqini aşağı salmaq üçün natriumun qəbulunu gündə 1500 mq-dən aşağı səviyyədə saxlamağı tövsiyə edir.
Tünd şokolad. Daha bir yoxlanmış üsul. Cənubi Kaliforniya Universitetinin alimləri qeyd edirlər ki, tünd şokoladın orta hesabla müntəzəm olaraq qəbulu sistolik arterial (yuxarı) təzyiqi 5 bal, diastolik (aşağı) təzyiqi isə demək olar ki, 3 bal azaltmağa kömək edə bilər. Belə effektli nəticənin əldə olunması onun flavanol komponentlərinin qan damarlarını rahatlaşdırması ilə izah olunur.
Məkkəgülü. Taftsa Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, gündəlik üç fincan hibiskus çayı içən orta qan təzyiqi olan yaşlılarda altı həftədə sistolik qan təzyiqi yeddi bal azalıb. Alimlər bunu hibiskusun fitokimyəvi maddələrinin təsiri ilə əlaqələndirirlər.
Bir stəkan süd. Alimlər iddia edirlər ki, bəzi hallarda yüksək qan təzyiqinə qidada saflaşdırılmış karbohidratlardan çox istifadə olunması nəticəsində yaranan iltihab səbəb olur. Bu sürətli karbohidratların bəzilərinin qismən süd proteini ilə əvəz edilməsi hipertoniya və hipertoniya öncəsi ərəfədə sistolik qan təzyiqini aşağı sala bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1170   Tarix: 27 iyul 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik