Təzyiqi TƏBİİ ÜSULLARla necə salmaq olar?
Yüksək təzyiq orqanizmdə müxtəlif və çox ağır pozulmaların inkişafına səbəb olur. Təzyiqi daim normada saxlamaq həyati vacib məsələdir.
Mütəxəssislərin fikrinə görə qidalanmada kaliumla zəngin olan qidaların artırılması təzyiqin təbii şəkildə normallaşmasına kömək edəcək.
"Здоровье" jurnalı xəbər verir ki, Cənubi Karolina Universiteti (ABŞ) mütəxəssisləri təzyiqi normallaşdırmaq üçün rasionda bu kimi məhsulları artırmağı tövsiyə edir: batat (şirin kartof), kartof, avokado, ispanaq, noxud, mərci, lobya, soya, banan, qoz, keşyu, badam. Bütün bu məhsullar kaliumla zəngindir. Kalium orqanizmə sidikqovucu təsir edir ki, bu da təzyiqin təbii şəkildə tənzimlənməsinə gətirib çıxardır.
Bizim əcdadlarımızın qidalanmasında əsas yeri kaliumla zəngin olan meyvə, tərəvəz, paxlalılar tuturdu. Onlar müasir insanlarla müqayisədə daha az natrium (duz) istehlak edirdi. Müasir insanlar isə əksinə daha çox natrium və daha az kalium istehlak edir ki, bu müəyyən yaşdan sonra insanların bir çox hissəsində hipertoniyanın inkişafına səbəb olur. Kaliumdan fərqli olaraq natrium əksinə orqanizmdə artıq mayeni saxlayır və bu da təzyiqin yüksəlməsinə gətirib çıxardır.
Alimlər həm yüksək təzyiqdən əziyyət çəkən insanlara, həm də bu pozulmanın profilaktikası məqsədi ilə qidalanmada kalimla zəngin olan məhsulları artırmağı tövsiyə edir.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
"Hər həftə bir ev alırdım
Məşhur aktyor 22 kilo arıqladı
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi