Təzyiqiniz səhərlər qalxırsa...
İnsanın arterial təzyiqi gün ərzində dəyişilir. Belə ki, gecə saatlarında təzyiq 10-30% aşağı düşə bilər, səhər isə yenidən normaya qalxır.
Lakin bəzi insanlarda təzyiq səhərlər əhəmiyyətli dərəcədə qalxa bilər ki, bu da səhər hipertoniyasına səbəb olur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, səhərlər təzyiqin yüksək rəqəmlərə qalxması ürək tutması, infarkt və insult kimi pozulmaların riskini kəskin artırır. İnsan bunu nəzərə almalı və vaxtında lazım olan tədbirləri görməlidir.
Bu tədbirlər arasında:
- təzyiqi salmaq üçün istifadə olunan dərman preparatlarının düzgün seçimi,
- pəhriz (duz və yağların azaldılması),
- fiziki aktivlik,
- ziyanlı vərdişlərdən imtina,
- bədən çəkisini normada saxlamaq,
- streslərdən uzaq durmaq və s.
Nəzərinizə çatdıraq ki, 120/80 mm.c.st. və bundan aşağı təzyiq normal sayılır.
120/80-139/89 mm.c.st arasında təzyiq ona işarə edir ki, insanda hipertoniyanın inkişafı riski yüksəkdir.
Təzyiq 140/90 mm.c.st-dan yuxarı qalxırsa bu artıq hipertoniya sayılır.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
Yuxu üçün ideal otaq temperaturu neçədir?
63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO
6 ayda Türkiyədə 8 maşhur vəfat edib
Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf
Səyahət edənlər daha çox yaşayırlar
18 yaşı tamam olmayan oğlunun maşın sürən görüntüsünü paylaşdı